Dr. Aleksis Karrel və Dr. Əli Şəriəti
Əlsəftər Dayı tərəfindən "Digər yazılar" bolməsinə 14:43 22 yanvar 2016 tarixində əlavə olunmuşdur

Cəmiyyətimizdə kitaba olan marağın olduqca az olması ədəbiyyatın isə əksəriyyət üçün sosial şəbəkələrdə paylaşılan “romantik” sayılıb adamın ətini tökməyə bəs edəcək səviyyədə olan şeirlərlə məhdudlaşması da məncə sirr deyildir. Bütün bu səbəblərədn kitablara maraq oyada biləcəyini və ya ən azından kitablar haqqında müəyyən təsəvvür yarada biləcəyini düşünərək oxuduğum kitablar haqqında düşüncə və qeydlərimi bölüşmək qərarına gəldim.

İlk barəsində yazacağım kitabsa Dr. Ə. Şəriətinin tərcümə etdiyi və özünün də şərhləri və fikirləriylə birgə nəşr olunan Dr. A. Karrelin “Dua” kitabıdır. Azərbaycan dilində bu kitabı “Parlaq İmzalar” nəşriyyatı nəşr edib və Karrelin əsərini ilk hissədə. Şəriətinin əsərini isə ikinci hissədə yerləşdirib. Əsər muasir insana xitab edir və məncə hər bir muasir insanın ən azından dinlərə fərqli yanaşmasına səbəb olur.

Aleksis Karrel 20 ci əsrin böyük fizioloq və cərrahıdır. Həyatının böyük bir hissəsini transpartasiya və fiziologiya sahəsində araşdırmalara verib dünyada ilk dəfə damar transpartasiyası reallaşdırmış və bu ona Noble mükafatı qazandırmışdır. Avropanın mənəviyyatdan və dinlərdən qopması hər zaman onu narahat etmişdir və ömrünün sonunda “Dua” adlı kiçikhəcmli əsərini yazmışdır. Elm sahəsində bir neçə önəmli əsərlərin də sahibidir.

Əli Şəriəti 20 ci əsr İranlı mütəfəkkirdir. Gənc yaşlarında ikən Fransaya təhsil almağa getmiş, burada hələ fansız dilini öyrənməyə başladığı zamanlarda Aleks Karrelin “Dua” kitabını tərcümə edir. Fransanın nüfuzlu sosioloq və filosofları ilə tanış olmuş və birgə fəaliyyət göstərmişdir. Bunlara Jorj Qurviş, Jak Berke, Jan Pol Sartr kimi sosioloq və mütəfəkkirləri misal göstərmək olar.

Əsərdə Karrel duanı eşq və ehtiyacdan doğan və ən azı qidalanmaq və nəfəs almaq qədər insana gərəkli olan bir ehtiyac kimi göstərir. Öncə ağıl və eşqin müqayisəsi gedir və qərblilərin nəzərində üstün olan ağılın əslində heç də eşqdən üstün hiss olmadığı nəticəsi alınır. Bu fikirləri dəyərli edənsə bu sözləri bir tibb mtəxəssisinin, həm də böyük naliyyətlər əldə etmiş mütəxəssisin fikirləri olmasıdır. Karrelə görə dua hər formada ola bilər. “Diqqətin azacıq Allaha yönəlməsindən tutmuş mənəvi hərəkətə, sadə bir kəndlinin Qolqofa(Xristian inancına görə isaın çarmıxa çəkildiyi təpəcik) qarşısında çox sadə ziddiyyətli sözlərdən tutmuş böyük bir kilsənin eyvanından altındakı əzəmətli Qriqorian dini nəğməsinə(I Qriqori tərəfindən hazırlanmış dini nəğmə) kimi fərqli olur.” Duanın eşqdən doğan ehtiyac kimi qiymətləndirən müəllif onu rəsmi formaya salmağı da mümkünsüz sayır.

“Bir millətin duanı tərk etməsi bu millətin qəti məhvinə bərabərdir.” Bir çox millətlərin tarixini araşdıran müəllif tarixdən adı silinən millət və sivilzasiyaların hər birinin məhvinə yaxın ya duanı tamamilə tərk etməsini ya da məhv olmaq ərəfəsinə gəlmiş olması nəticəsinə gəlir və təcrübə onu göstərir ki, duanı tərk edən millət qəti məhvə doğru əmin addımlarla addımlayır.

Əsərinin sonunda duanın təsirinin azalmasına da toxunan müəllif bunun səbəbini dua edənlərin artıq demək olar ki bunu formal olaraq yerinə yetirməsində görür. “Zəvvarlar turistə çevriliblər və duaları nəticəsiz qalıb”.

Şəriəti isə əsərə dua haqqındakı yanlış təsəvvürlər haqqında danışmaqla başlayır. İlk öncə əksər dindarların və dini tənqid edənlərin duanı yanlış anladıqlarını izah edir. O duanın uyuşdurucu və məsuliyyətdən boyun qaçırmaq vasitəsi kimi təsəvvür edildiyini və məhz belə təsəvvür edilfiyi üçün də ayıq insanlar tərəfindən tənqid edilfiyini bildirdikdən sonra duanın əsil mahiyyətini müxtəlif qərb və şərq alimlərinə əsaslanaraq açıqlamağa çalışır.

Duanın ümumilikdə eşqdən doğduğunu bildirdikdən sonra əsasən islami dualarda bilinən duanın ictimai tərəfləri haqqında da bəhs edilir. Ən qədim islam mənbələrindən dualardan misal gətirərək duanın etiqad, əməl və düşüncə kimi mövzulardakı öyrədici xüsusiyyətini, ictimai və siyasi hadisələrdəki effektivlik dərəcəsini göstərir. Əlbəttə kitabın müxtəlif hissələrində xurafat və xurafat düşüncələrlə təhrif edilmiş dualar tənqid edilir və duaya muasir gözlə baxmağa çalışılır.

Qeyd: Mən məqalə sahəsində demək olar ki təzəyəm və bu mənim yazmağa çalışdığım ilk məqalədir. Sadəcə olaraq bu yazdığımlə faydalı olmağa çalışmışam. Bütün növ yanlışlarımı şərh olaraq yazmağınızı xaiş edirəm.   


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Əlsəftər Dayı
Haqqında
Şərhlər mənimçün çox önəmlidir...
Əlaqə
Tel.:
0504211127
E-mail:
husen_esgerov@live.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0255 saniye