DUA EDƏK RAMAZANDA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 13:58 25 iyun 2017 tarixində əlavə olunmuşdur

Oruc tutub,Namaz qılaq 
Nəfsimizə sahib cıxaq. 
Sidq ilə əlimiz acaq, 
Dua edək Ramazanda. 

La ilahə illəllah, 
Olmasın dillərdə ah. 
Buyurubdu uca ALLAH- 
Dua edək Ramazanda. 

İmsakda olsun həmdimiz, 
İftarda xurma qəndimiz. 
Qəbul olunsun əhdimiz, 
Dua edək Ramazanda. 

Xudaya şükür eyləyək, 
Şəhidlərə rəhmət deyək. 
Süfrə acaq, ehsan verək, 
Dua edək Ramazanda. 

Biz Əlinin şiəsiyik, 
Canımızı verəsiyik. 
Həsəniyik, Hüseyiniyik, 
Dua edək Ramazanda.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0336 saniye