Dünənin övladlarıyıq..
Xuraman tərəfindən "Şeir" bolməsinə 20:28 08 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Dünənin övladlarıyıq..
Dünənin nəslindənik, 
Biz sökülən daxmaların altında qalan qara kömürlü fəhlələrik.
Biz tikdiyimiz evin iynəsində sapıq, Rumi.
Biz sapı bizimlə eyni olan, bizi bölən şairlərin Arazındayıq..
Biz uçurumlarda çərpələng uçuran, 
Balaca evlərini saray zənn edən,
Biz qadınını piano dilimləri qədər sevən Şopenin notlarında intihardayıq..
Biz Cavidin Turanına yad olan əcnəbiyik.. 
Biz biz olduq bizə batırıq..
Biz batırıq, Rumi..
Şəmsini göndər işığından, cəsarətindən pay versin.
Rumi, rumlular Leylini anladı?
Yoxsa o Leyli ərəblərin evindəki qaraltı kimidir? 
Dünənin yelləncəyində sevincdən qışqıran uşaq kimiyəm,
"Ana getmə" deyən yetimlərin sorağı olmuşam, Rumi.
"Ata vurma" deyən balacalara qanad olmuşam, Rumi..
Biz dünənin nəslindənik..
Biz dünənin kəndirində edam olunan şairlərik.
Biz tarixi xəbərlərdən izləyən, biz tarixə koruq, Rumi..
Cəlalindan göndər mənə, göndər ki üşüməyim..
Yağışı romantika, ayrılığı imtahan, azğınlığı müasirlik sananlardanıq indi.
İndi səni sevgi şairi, məni sən sanırlar..
Biz dünənik, Rumi..
Biz qayıdırıq, Rumi..


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0346 saniye