Dünya dəyişməyib
Rizvan Fikrətoğlu tərəfindən "Şeir" bolməsinə 21:19 14 aprel 2015 tarixində əlavə olunmuşdur

Dünya dəyişməyib, əvvəlki gündən,
Necə yaranıbsa elə qalıbdır.
Dəyişən sadəcə ürəklər olub.
Adi insan belə çox alçalıbdır.

Nizam-tərəzi də yerində deyil.
İnsan öz gününün seçir qarasın.
Baltayla öldürür atanı oğul,
Qıymadan gülləylə vurur anasın.

Heç bilmir ar nədir, ya namus nədir?
Doğmaya xor baxır qardaşın biri.
Qeyrət hissi sönüb, anlamır axı
Qardaşın öldürür , olur qatili.

Yüksələ bilmirsən savadlı insan.
Ədalət verilib gicin birinə.
Ağıllı insanlar kənarda qalıb,
Cahili qoyublar alim yerinə.

Nə tez unutmusan sən öz keçmişin.
Mənə möhtac idin sən bir heç ikən.
Azacıq yüksəldin, ucaldın deyə
Artıq məni saymır yanımdan keçən.

De, hara aparır lovğalıq bizi?!
Bizim bu müsəlman düzələn deyil.
Müsəlman adıyla zərbə vurmuşuq
Səcdəmiz nə İslam, nə Quran deyil.

Halaldan danışır kişinin biri.
Soruş, heç görmüsən halal bir ocaq?
Çapıb-talayırsan xalqın malını
Qazandığın ruzi haramdır ancaq.

Ürəyim alışır cahil görəndə.
Məktəbli bir uşaq dilənçi olub.
Onun tay-tuşları məktəbə gedir
Bu həyat onunçun nə miras qoyub?

Bizlərdə qalmayıb qocaya hörmət.
Axı biz kimlərdən təhsil almışıq?
Müəllim bilir ki, ədalət nədir?
Təhsil deyə-deyə çox aldanmışıq!...

Rizvan, haqq deyilən görmürəm nəsə.
Kişinin qərəzsiz kəlməsi olar.
Söyüd ağacından meyvə gözləyən
Söyüd ağacının meyvəsimi var?

Müəllif: RİZVAN FİKRƏTOĞLU
Bakı (İnşaatçılar)
01.11.2014


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0342 saniye