Dünya kuboku və İŞİD terror təşkilatının arasında əlaqə varmı.
Nurlan Qəhrəmanlı tərəfindən "Digər yazılar" bolməsinə 17:29 13 iyun 2014 tarixində əlavə olunmuşdur

Salam dostlar. Bu gün elə bir mövzudan söhbət açmaq istəyirəm ki, bəlkə də mənə dəli deyəcəksiniz. Mövzumuz: Dünya kuboku və İŞİD terror təşkilatı.
Hal hazırda dünya bəlkə də 21-ci yüz illiyə damğa vura biləcək bir terror təhlükəsi ilə üz-üzədir. İŞİD deyilən terrorist qruplaşması açıq-aşikar olaraq dünyanı təhdid edir. Normalda bütün xəbər saytlarıda, facebookda, tvitterdə gündəm mövzusu İŞİD olmalıdır. Amma çox qəribədir ki, güzümüzün önündə tarix yazılarikən dünyada gündəm mövzusu Dünya Kubokudur. Məncə İŞİD terror təşkilatının Dünya kubokundan bir az əvvəl fəaliyyətə keçməsi düşünülmüş bir şeydir. Çünki bəlkə də 21-ci əsrin talehini dəyişəbiləcək bir hadisəyə dünya gündəmi laqeyid yanaşır və əsas gündəm mövzusu Dünya Kubokudur. Mənə dəli deyə bilərsiz bu məncə normaldır. Çünki hər gün belə yüzlərcə türklər demiş "komplo teorileri" cızılır və həmişə də söhbətin sonunda günah masonların üzərinə yıxılır. Amma 11 sentyabr hadisələri haqqında bir az məlumatı olanar yaxşı bilirlər ki, təyyarələr ekiz qüllələrlə toqquşduqdan qısa bir vaxt sonra Amerika İraqa girdi və 11 sentiyabr hadisələrinin sadəcə olaraq dünya gündəmini məşğul etmək üçün yaradılmış bir teatr olduğunu bir qrup insan artıq Amerika İraqın "terrorla mübarizə" adı ilə "boğazına çökdükdən" sonra xəbər tutdu. Amma iş-işdən keçmişdi və Amerika iraqın neftini sormağa artıq çoxdan başdamışdı, taa ki, WikiLeaks Amerikanın məxvi sənədlərini açıqlayana qədər. Sənədlər açıqlandıqdan sonra Amerika İraq torpaqlarından çəkilməyə məcbur oldu.
Bir az məntiqlə yanaşsaq əlifban belə düz əməlli bilməyən terroristlərin dünya gündəmi olmadan "səssizcə" hərəkətə keçməsinin professionallar tərəfindən planlaşdırıldığını açıq-aydın bilmək olar.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Nurlan Qəhrəmanlı
Haqqında
Salam, mən Nurlan. Özüm haqqında qısa bioqrafiya yazmaq istəyirəm. İdealist-Optimist biriyəm. Sevgi mövzusunda həddindən artıq realist insanam. Qısaca desək sevgi hekayələrini şişirdilmiş sayıram.
Sorğulamağı sevən biriyəm. Daima araşdırmalar apararam. Mənə görə tolerant olmağım araşdırmalarımda mənə yardımçı olur.
Üsyankar insanam. Heç bir sistemlə barışmaram. Heç bir sistemin məni idarə etməsinə imkan vermərəm.
Təbiəti, canlıları, kitabları çox sevirəm. İnsanlardan və kapitalizmdən zəhləm gedir.
Məncə 17 yaşı olan biri üçün bu qədər bəs edər.
Əlaqə
Tel.:
+994557459669
E-mail:
qehreman97@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0216 saniye