DÜNYA ÖZ DONUNU İPƏKDƏN BİÇİR,,,
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:59 07 mart 2015 tarixində əlavə olunmuşdur

DÜNYA ÖZ DONUNU İPƏKDƏN BİÇİR,,,

Dünya öz donunu ipəkdən biçir,
Fəqir-füqəraya bəs nə qalacaq?
Özü keyfi-damaq,işrət içində,
Dərdi,qəmi belə də azalacaq.
***
Vətən əldən gedir,vecinə gəlmir,
" Atılan toplara barı diksinmir".
Neçə ünvanı var,sayını bilmir,
Çoxun sənə verib azın alacaq?
***
Hamı çaş-baş qalıb bu qeylü-qala,
Zəhər dadı verir şəkər də,bal da.
Qiyamət günündə sorğu-sualda
Bu günahlar hara bəs yazılacaq?
***
Xeyir şərə,şər də xeyrə qarışır,
Yalan doğru ilə küsür,barışır.
Leş üstünə quzğun kimi daraşır,
Kiminə çox,kimə də az qalacaq.
***
Mövluda,vəfasız,gidi dünyada,
Əl açma,yalvarma namərdə,yada.
Dünyanın paltarı ipək olsa da,
Məzarı məzlumla bir qazılacaq.

Zərdabi.17.09.2013.(Mövlud Ağamməd) —


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.1032 saniye