Dünya sevincini gizlədib məndən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:05 17 dekabr 2017 tarixində əlavə olunmuşdur

 

Dünya sevincini gizlədib məndən,
Kədəri bəxş edib sevinim deyə.
Kəsdirib başımın üstünü əcəl,
Ölüm köynəyini geyinim deyə.
***
Hansı ruzigardı,haradan əsir?
Canımı almağa yaman tələsir.
"Bir Məmmədnəsirəm,bir də ki,həsir",
Onu da çox görür deyinim deyə.
***
Bəsdi,nazın ilə oynadım,dünya,
Əzabü narında qaynadım,dünya.
Mən sənin içində dünyaydım,dünya.
Kiçildim boyuna biçilm deyə.

10.12.2017.Mövlud Ağamməd.Zərdabi.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye