Dünya xəzinədir, sən isə zərgər
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:52 17 fevral 2016 tarixində əlavə olunmuşdur
Dünya xəzinədir,sən isə zərgər,
Çalış ki,qiymətin biləsən zərin.
Var dövlət naminə ömür sürənlər.
Yaşayar bilmədən həyatın qədrin.
**
Əbədi dirilik axtaran kəslər,
Ona yetişmədi o müqəddəslər.
Vaxtında səni də yanına səslər.
Unutma sonunu sən İsgəndərin.
**
Nə varsan,özün ol,göründüyüntək.
İtirmə halalı,haramdan əl çək.
Sorğu-sual vaxtı bir gün gələcək,
Cəzan ağır olar,düşünsən dərin.
**
Çəkilib göylərə bərəkət,xeyir,
Cahillər aqilə haqdan dərs deyir.
"Ağac bar verəndə başını əyir"
Kəsilir başları düşünənlərin.
**
Qurd ilə quzuya yoldaş deyirlər,
Sirləri bir olub,sirdaş deyirlər.
Çoxdandır onlara qardaş deyirlər,
Qurtarıb davası xeyirlə şərin.
**
Ömrümün xəzanı gəldi,nə gəldi,
Bəxtimin yazanı gəldi,nə gəldi.
Canımın cəzanı gəldi,nə gəldi,
Mövlud,bitən deyil bu dərdi-sərin..

29. 05 2014.Zərdabi.Mövlud Ağamməd.    

... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0466 saniye