DÜNYA
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 19:20 24 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Həyat dərd ümmanı, bizlərsə gəmi,
Dalğalar ölümə aparır bizi.
Fələk yüklədikcə qəlblərə qəmi,
Tarimar eyləyir günlərimizi.

 

Qəmin dəryasını ürəklə yarıb,
Bimar eyləmişik ürəyimizi.
Dalğalar qoynuna pənah aparıb
Gözlərik ölümü, əcəlimizi.

 

Ürəklərdə olan dərd-qübar ki var
Bitər, qara torpaq aparsa bizi.
Bizdən nişan qalan həmin məzarlar,
Bir zaman gələcək itəcək izi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0353 saniye