Dünya
Bir yanda matəmdir,bir yanda toydur,
Əzəldən belədir gərdişin,dünya.
Nədəndir,bir qızıl kuzə kimi sən,
Həm zəhər dadırsan,həm şirin,dünya?
***
Nə qoca bilirsən,nə də ki cavan,
Nə yaxşı bilirsən,nə də ki,yaman.
Heç kimin qəlbində qalmayıb güman,
Nədən düz gətirmir hər işin,dünya?
***
Kiminin bəxtini edirsən qara,
Kimini çəkirsən boğazdan dara.
Kimisi can atır dövlətə,vara,
Cavab ver,hardadır ər kişin,dünya?
***
Mövludam,ürəyim yaralar bağlar,
Çəkilir sinəmə üst-üstdən dağlar.
Sənə qədəm qoyan ilk gündən ağlar,
Hamıya bəllidir vərdişin,dünya.
13.02.1984.Zərdabi.(Mövlud Ağamməd)