Dünya
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 16:22 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Girmə qılığına, girmə dünyanın,
Səndən də ağıllı, qocadır dünya.
Düşünmə dəryasan, ağıllısan sən,
Həm rəzil, həm də ki ucadır dünya. 

Əbədi dünyanı beşgünlük edən
İnsanın özüdür, pis əməlidir.
Ağılı başında olan hər insan
Nəfsinə, özünə dur deməlidir. 

Dur deyə bilməsə nəfsinə insan,
Qiyamət gününə yetəcək dünya.
Çəkəcək nəzərin Tanrı da əlbət,
Heç olub, dağılıb, itəcək dünya.


... dəfə oxunub
Qiymət: 10/10(865 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0326 saniye