DÜNYA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:30 24 may 2017 tarixində əlavə olunmuşdur

Başının üstünü duman almasın,

Kövrəlcək gözlərin yaşla dolmasın.

Əlin titrəməsin, rəngin solmasın,

Zənn etmə “şəkərli, yağlıdı” dünya!

 

Qarı-şaxtası da, yağışı da var,

Ürəyi sızladan “baxışı” da var.

Uçrumu, enişi, yoxuşu da var,

Əzəldən aranlı-dağlıdı dünya!

 

Göydə ulduzları gur işıq saçmaz,

Büdrəyib yıxılsan yanına qaçmaz.

Heç kimə inanıb sirrini açmaz,

Bəxt kimi qaralı-ağlıdı dünya!

 

Çoxuna ürəkdən diləməz uğur,

Nə duyan qəlbi var, nə “cismində” nur.

Sən onun “dilinə” aldanma, Seymur,

Gördünmü, üzünə bağlıdı dünya!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0249 saniye