DÜNYADA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:04 13 yanvar 2019 tarixində əlavə olunmuşdur

Arzular çox ,ümüd  kalan, istək kəm,
Ağıl bihuş, xəyal talan, fikir dəm,
Sual doğur öz-özümə mən kiməm?
Nəyə görə doğulmuşam dünyada?
 
Qəhər tutub, gözlərimsə dolubdu,
Həyat  sıxıb  ,talayıbdı, vurubdu,
Yaşam tərzi çökəldibdi, yorubdu,
Zaman -zaman boğulmuşam dünyada.!
 
Göy üzünü tutub qara buludlar,
Bu gün nəfəs varsa,bir an yox olar,
Ömürdən sadəcə xatirə qalar,
Birdə gördüz yox olmuşam dünyada.!
 
Ötən ötür,gedən gedir ,nə fayda,
Allah yaratdığı bu cürdü qayda,
Seymuram, təb gəlsə belə nə boyda,
Bir sətirə  yazılmışam dünyada.!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

13.01.2019


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0356 saniye