Dünyanı dolan gəz,görəcəksən ki, ələmdir...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 11:28 02 yanvar 2018 tarixində əlavə olunmuşdur

Dünyanı dolan gəz.görəcəksən ki,ələmdir,
Qəmdirsə biri,bir üzü möhnətdi,sitəmdir.
***
Dərd eyləmə ki,sən belə dünyaya gəlibsən,
Qəm çəkməyi aşiqlərə toyhanədi,dəmdir.
***
Eşq əhli deyin,dərdinə dərman tapa bilmiş,
Göz yaşları ümmanə yetər, qan ilə cəmdir.
***
Dərdnən qocalan dərdini gizln necə çəksin?
Çün dərdi bilinməz deyə bölməz ki,ədəmdir*.
***
Hər dərdi də dərdimdi deyib çəkmədi Mövlud,
Dərdsiz yaşamaqdırsa əlac,ol dami**-qəmdir.

*boşluq,yoxluq
**tələ
27.12.2017.Zəırdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0305 saniye