dünyanın axırı...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 15:26 19 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Baş götürüb qaçmaq istəyirsən... dünyanın lap axırına... bitdiyi yerə... orda ki insanlar dünyanın kənarından yıxılıb ölürlər... orda yaşamaq... orda yaşlanmaq... bütün kürrə formasında olan dünyanı dolanııb sonunda hamı ora gələcək... Hamını görəcəksən..

 

… ora necədir görəsən? Dəyərmi ora getməyinə... mənim xəyalımda olan dünyanın o axırı bir qayadı... sıldırım bir qaya... üstündə növbə var... yaşlılardan eşitdiyim və filmlərdə gördüyüm talonlu çörək növbəsi kimi... Hərə bir cür gedir... kimsə qaça-qaça gəlir və dayana biləyib gedir... kimsə asta-asta yaxınlaşır, elə ehtiyatından xırda bir daşa ayağının altında qalıb onu aşağı yuvarlayır... Kimisə məlklər aşağı atırlar vaxtın çatıb deyə... və kimlərsə özləri gəlib aşağı tullanırlar... hələ onların üzündəki təbəssüm... Əvvəl elə bilirsən ki, o cənnətə gedənlərdi... əslində isə onlar intihar edənlərdir... bildiyimiz kimi... nəyə sevinirlər? Cənnətə getməyəcəkləri bilsələr belə cəhənnəmdən qurtulduqlarını düşünürlər... Mələklərə qayıdıram. Mənim bildiyim mələklər adam öldürməzlər... Bunlar da öldürmürlər... sadəcə kiçik bir təkan... yardım deyirlər buna, ya da ruhun xilas olunması... ruh demişkən hamı aşağı düşür, sonra ruhları bir bir yuxarı qalxırlar... buludların arasından yoxa çıxırlar... ordan yuxarııs görünmür... deyirlər orda sorğu-sual olur... yuxarıdan aşağını görürlər... ama heç kimi əlavə buraxmırlar...

 

Getmək istəyirəm ora... lap elə bir kənarında kiçik bir daxma qurub yaşamaq... yox... tapmadım... sizin bu düzü-dünya dediyiniz forması kürrəyə oxşayan dünyanızda yer tapmadım yaşamağa... ama ora düzdü... başlanğıcı önəmli deyil... ən azı sərhədləri var... bitdiyi bir yer var... fırlandıqca hər şeyi qarışdırmır...

 

…hamının ölmək üçün getdiyi o yerə yaşamaq üçün gedirəm. Tək bu deyil, bir də sevdiyim insnları ordan xilas etmək üçün gələndə mane olmaq, sözə tutmaq... sırasın keçirmək... aşağı atılanda əlindən tutub yuxarı çəkmək... mələklər ona köməy edəndə mələklərərə mane olmaq, ən azından o insanların həyatını bir az daha uzatmaq isəyirəm...

 

...bir az da özüm sıradan qaçmaq istəyirəm... Hamının gəlib burdan keçməsini gözləmək... Necə gözəl mənzərədir... dünyada ilk insna olmaq şansındna məhrum olsan da budur son insansan... səni gözdən qaçırıblar... hamı aşağı düşüb, aşağıdan ruhunu yuxarı göndərib... ama nəsə baş verib, qiyamət baş tutmur... və sonda hamının növbə gözlədiyi yerə sən tək yaxınaşırsan... aşağı baxırsan boşluqdur... yuxarıda da buluddan başqa heç nə yoxdur... sən qalib gəlmisən... ölümün özünə... geri qayıdırsan... səni bu əməlinə görə ordan qovurlar... dünyaya qayıdırsan... düz olan düyaya... üstündən milyon illər keçəcək və insanlar yollarını azdıqca dünya əyilib əyilib sonda kürrəyə bənzər bir forma alacaq...  


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0229 saniye