Dünyanın bucaqları
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:26 21 aprel 2019 tarixində əlavə olunmuşdur

İndi dünyanın ən uca yerində
ümidini kağız gəmiyə bağlamış bir dəniz seyircisi var.
Günəşə baxıb ışığını görməyən,
Dənizə baxıb dalğa çırpınışını sezməyən,
Və başını göyə qaldırıb Tanrını tapmayan biri...

İndi dünyanın ən dərin küncündə
bir gəmi batır,
gəmidə ümidlər canıyla çarpışır.
Ölür suda Tanrının zərrələri,
ölür bu dünyanın ən gözəl gülüşləri,
qəhqəhələri hayqırışlar əvəzləyir. 

İndi dünyanın ən acılı günü yaşanır
Bir ana bir övladın nəfəssiz qalışına sadəcə baxır...
Baxır... Baxır...
İndi dünyanın bir yerində
ana bətnindən
körpə çığlığı dünyaya yayılır.



Aysel Ateş Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0518 saniye