Dünyanın ən kreativ vergiləri
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:39 24 dekabr 2015 tarixində əlavə olunmuşdur

Saqqal vergisindən tutmuş, sabun vergisinə kimi dünya tarix boyu müxtəlif dövlətlərin tətbiq etdiyi qeyri-adi vergilərə şahid olub. Bu gün də biz onları sizə təqdim etmək istədik.

Gəlin baxaq, bu qeyri adi vergilər hansılar olub?

 “Azadlıq vergisi” - Qədim Roma

Qədim Roma tətbiq olunurdu. Qulların müstəqillikləri üçün ödədikləri vergiyə deyilirdi.


“Sabun vergisi” - İngiltərə

Orta əsrlərdə Avropalı dövlətlər ölkədə sabuna vergisini tətbiq edirdi. Bu vergi İngiltərədə 1835-ci ilə qədər qüvvədə qaldı.

“Buxarı vergisi” – İngiltərə

1660-cı ildə İngiltərədə buxarılara vergi tətbiq edilməyə başlanıldı. Xalq da vergidən yayınmaq üçün buxarıların qarşısını kərpiclə bağladı. Bu vergi 1689-cu ilə qədər qüvvədə qaldı.


“Pəncərə vergisi” - İngiltərə

Yenə İngiltərə tərəfindən tətbiq olunan başqa bir qeyri-adi vergi. 1969-cu ildə qüvvəyə mindikdən sonra, İngiltərədə çox az sayda pəncərə tikilməyə başlanıldı. İnsan sağlamlığına ziyan olduğu üçün qanun 1851-ci ildə qüvvədən düşdü.


“Kərpic vergisi” - İngiltərə

İngiltərədə tətbiq olunan başqa bir vergi. İstifadə olunan hər  kərpicə görə inşaat  sahibləri vergi vermək məcburiyyətində idi. Vəziyyətdən çıxış yolu olaraq inşaatçılar başqa vasitəyə əl atdı. Vergini azaltmaq üçün daha böyük kərpiclər istifadə edib, daha az vergi ödəmə başladılar.  Hökümət də bu hərəkətə qarşı böyük kərpicə daha çox vergi tətbiq etdi. “Kərpic vergisi” 1850-ci ilə kimi qüvvədə qaldı.

“Saqqal vergisi” – Rusiya

Rusiya höküməti 1705-ci ildə saqqal saxlamağı vergiyə daxil etdilər. Məqsəd rus kişilərini dini inanclara bağlı insan görüntüsündən xilas etmək idi.

“Duz vergisi” – Fransa

XVIII əsrdə Fransada tətbiq olunan vergi.  Bu vergi tətbiq olunduğu ilk gündən xalqın qəzəbinə səsəb olmuş, hətta 1789-cu ildə Fransa inqilabının bir növ başlanmasına da vəsilə olmuşdur.


“Divar kağızı vergisi” - İngiltərə

İngiltərə  1712-ci ildə rəsmli divar kağızlarına vergi tətbiq etdi. İnşaatçılar da ev təmir edərkən divara sadə rəsmsiz divar kağızı yapışdırır, sonra üstünə rəsm çəkirdilər. İnsanlar hər cür vergidən uzaqlaşmağa çaılışırdılar.


“Papaq vergisi” - İngiltərə

İngiltərə 1784-cü ildə papaqlara vergi qoydu. Vergidən qurtulmağa çalışan papaq istehsalçıları, hazırladıqları məhsullara “papaq” deməkdən imtina etdilər. Hökümət də buna qarşı olaraq, başqa geyinilən hər şeyə vergi tətbiq etdi. “Papaq vergisi” 1811-ci ilə qədər qüvvədə qaldı.


“Şam vergisi” - İngiltərə

İngiltərə 1789-cu ildə şama vergi tətbiq etdi. Dövlət, evdə şam istehsalına qadağa qoyaraq, onu lisensiyaya bağladı. Bu vergi 1831-ci ilə kimi qüvvədə qaldı.


“Televizor vergisi” - İngiltərə

İngiltərədə hələ də tətbiq olunan bir vergi. Evində televiziyası olan hər bir vətəndaş, illik vergi vermək məcburiyyətindədir. Gözləri görməyən şəxslər isə sadəcə televizorun səsini eşitdiyi üçün, onlar bu məbləğin yarısını ödəyir.

“Subay kişi vergisi” – Türkiyə

Türkiyədə təkpartiyalı dövründə, millət vəkili Süleyman Sırrı bəy subay kişilərdən vergi alınmasını istəmiş. Məşhur türk yazarı Hüseyn Rahmi Gürpınar isə ona belə cavab vermişdir: “Evlənmirəm, evlənməyi də fikirləşmirəm. Subaylığın cəriməsi nə qədərdirsə, onu ödəməyə hazıram”.


“Bığ vergisi” – Uruqvay

Uruqvayın Durazno şəhər məclisi 1867-ci ildə kişilərə bığ vergisi tətbiq etdi. Bığın hər santimetri üçün 2 peso (təqribən 0,1 manat) alındı. Amma əhalinin reaksiyası sərt olduğu üçün verginin ömrü uzun olmadı.

 

“Çəkmə vergisi” – Prussiya

XVIII əsrdə Prussiya kralı II Fredrik çəkmələrdən vergi alınmasını tələb etdi və insanlardan “çəkmə vergisi” adlı vergi yığıldı.

 

“İkinci əl vergisi” – İspaniya

İspaniyada XIV əsrdə nigah stolunda oturan qadından vergi alındı. Səbəbi isə onun ikinci dəfə ərə getməsi idi.
 

“Qorxaqlıq vergisi” - İngiltərə

İngiltərədə əsgərdən qaçanlara tətbiq edilən vergi.

 

“Qulaq vergisi” – Tibet

1920-ci ildə Tibetdə qulaq vergisi tətbiq edildi. Dövlət hər il iki qulaq üçün 1 gümüş lirə alırdı. Bunu ödəyə bilməyənlər isə qulaqlarını kəsərək vergidən azad olurdu.

“Parik vergisi” – Venesiya

Keçəl başına parik taxdığı üçün dövlət ondan vergi aldı. Venesiyada 15-ci əsrdə baş verən bu hadisə, ən qeyri-adi vergilər sırasında yer alır.

“Təkər izi vergisi” – Avropa

Avropalılar bu vergidə o qədər irəli gedibdilər ki, öküz arabalarının təkər izinə görə belə vergi alırdılar.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0239 saniye