Dünyanın ən maraqlı bilgiləri
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 12:12 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu məlumatları oxuyarkən heyrətə gələcəksiniz. Hər gün qarşılaşdığınız hadisələr bu məlumatlardan sonra bir başqa görünəcək.

Bir insan həyatı boyunca ortalama 22 kiloqram dəri itirir.

İsti su soyuq sudan daha ağırdır.

Qarışqalar yatmaz.

Dünyanın ən sürətli böyüyən bitkisi bambuk, bir gündə 90 sm-ə qədər uzanır.

Səudiyyə Ərəbistanında bir qadının həyat yoldaşına qəhvə verməməsi boşanma səbəbidir.

Aslanlar bir gündə 50 dəfə sevişə bilərlər.

Rusiyanın dörddə biri meşələrlə örtülüdür.

Əgər bir insan 8 il, 7 ay və 6 gün qışqıra bilsəydi (aralıqsız), bu bir qəhvəni qızdırmaq üçün lazım olan enerjiyə bərabər bir enerji meydana gətirərdi.

Pişiklərin hər qulağında 32 əzələ vardır.

Ortalama bir kişi, həyatının 3350 saatını təraş olmaq üçün xərcləyər.

Yetkin bir ayı, bir at qədər sürətli qaça bilər.

Las Vegasdakı qumarxanaların heç birində saat yoxdur.

Kəpənəklər ayaqlarıyla dad alarlar.

Yataqdan yıxılaraq ölmə ehtimalı iki milyonda birdir.

Dünyada insan başına düşən qarışqa sayı 1 milyondur.

Keçən 3500 ilin, yalnız 230 ili sülh içində keçib.

Dünyanın ən böyük heyvanı mavi balinadır. Eyni zamanda heyvanlar aləminin ən sürətli böyüyən heyvanıdır. Kilosu 22 ayda 26 tona qədər çatar.

Bir siçan susuzluğa dəvədən çox dözə bilir.

Corc Vaşinqton həyətində marixuana yetişdirirdi.

Ketçup 1830-cu illərdə dərman olaraq satılardı.

Bir köpəkbalığı 100 milyon damla dəniz suyu içindəki bir damla qanı hiss edə bilər.

Kirpilər suda batmaz.

Bayquş, mavi rəngi görə bilən tək quşdur.

Venera saat istiqamətində fırlanan tək planetdir.

Fillər tullanmayan tək məməlidir.

Gülmək üçün 17 əzələyə ehtiyac vardır. Üzü turşutmaq üçün 43.

Con Kennedi 20 dəqiqədə 4 qəzet oxuya bilirdi.

Dəniz atları, erkəkləri hamilə olan tək canlıdır.

Ağcaqanad qovucu spreylər ağcaqanadları qovmur, sizi gizləyir. Ağcaqanadın alıcılarını blok edərək sizin orada olduğunuzu anlamamalarını təmin edir. Ağcaqanadın qulağımıza işgəncə kimi gələn vızıltı səsi onun saniyədə 500 dəfə qanad çırpması üzərinə meydana gələr.

İnsanlar həyatları boyunca altı filin ağırlığına bərabər miqdarda yemək yeyirlər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0286 saniye