Bəlkə də, bu, çoxlarına tanışdır. Bəli, söhbət Yohan Qutenberqdən gedir.
Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab törədir. Avropada kitab istehsalı güclənir və bütün dünyaya geniş yayılmağa başlayır. O, renessans dövrünün açarı hesab edilir. Gutenberqin ilk çap olunan Bibliya öz yüksək keyfiyyəti ilə məşhurdur.
Yohan Qutenberq təxminən 1397-1400-ci illərdə Mayns şəhərində anadan olmuşdur. Onun atası cənab Qensflayş ticarətdə çalışırdı. O, dövrün dəbinə görə Yohan Qensflayş öz soyadını dəyişərək, vaxtilkə yaşadıqları yerin adını götürür. 1411-1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə Maynsdan Strasburq şəhərinə köçürlər. Burada, o, ömürün çox hissəsini keçirərərk daşların pardaqlanması, və güzgülərin hazırlanması ilə məşğul olur.
1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Qədim sənədlərdən görünür ki, 1444-1446-cı illərdə Prokofiy Valdfoqel gizli məktubda başqaları ilə əlqəyə girərək "süni məktubun" sirlərini satmağa çalışır.
Qutenberqin dahi ixtirası ondan ibarət idi ki, o metal hərfləri tərsinə olaraq, metaldan qabarıq şəkildə hazırlayır. Bu hərflərdən yığlılanmətnləri o, sonra kağızın üzərinə çap edir. İxtiranı geniş tətbiq etmək üçün onun vəsaiti çatmır.
Qutenberqin ilk çap etdiyi kitab "Bibliya" olur. Bu kitab öz keyfiyyətinə görə indi də fərqlənir.
1448-ci ildə Maynsa qayıdan Qutenberq Yohan Faust ilə müqavilə bağlayır və ona 6% və gündəlik 800 qulden pul ödəməklə mətbəəninin şərikli sahibi olurlar. Qutenberq əsas kapitalı hissə-hissə alırdı. Dövriyyədə pulun artması ilə Faust tədricən uzaqlaşır və 1452-ci ildə vaxtı vaxtında 800 quldenin ödənilməsinə görə illik haqqdan azad olunur.
Kiçik maliyyə vəsaiti və heç bir təcrübəyə malik olmayan işçilərlərlə Qutenberq böyük nəailiyyət əldə edir. 1456-cı ildə o 5 müxtəlif formada hrflər tökür və Elia Donatın latın qrammatikasını və iki Bibliyanı çap edir. Qutenberq çap işindən gəlir gələnə qədər uzun müddət şərikinə pul verməkdən boyun qaçırır. Faust onu məhkəməyə verərək, faizlərin ödənilməsini tələb edir. Məhkəmədə o, uduzur və mətbəə bütünlüklə Fuasta keçir və Qutenberq hər şeyi təzədən başlamalı olur. O, sonra vətəninə Qutenberqə qayıdır və orada yeni çap mətbəəsinin açılması ilə məşğul olur.
Maynsda yaşayan hüqüqşünas Dr. Konrad Humeri ilə Qutenberq arasındakı razılaşmaya əsasən 1468-ci ildə o, çap mətbəəsi yaradır. 1465-ci ildə Qutenberq Nassau zadəganı tərəfindən sarayda çap işinə götürülür. Ona illik paltar, şərab, buğda verilir və vergilərdən azad olunur.
Qutenberq ömrünün sonuna kimi Maynsda yaşayır. 1468-ci ildə o vəfat edir. Vəfatından sonra onun dəqiq harada dəfn olunması məlum olmadığından qəbri məlum deyil.