Dünyanın aşkara çıxmış ən qədim mahnısı 1950-ci illərin əvvəllərində Suriyanın şimalında Uqarit şəhərində tapılıb. Mahnı eramızdan əvvəl 14-cü əsrə aid torpaq lövhədə yazılıb.
Kaliforniya Universitetinin assuriyaşünas professoru Anna Draffkorn mahnını öyrənməyə 15 il zaman sərf edib. O, 1972-ci ildə 3 min 400 illik lövhələr üzərində işləri tamamlayaraq mahnı nota köçürüb.