Dünyanın modelləşdirilməsinə biganə qalmayaq!!!
Fərrux Rəhimli tərəfindən "Digər yazılar" bolməsinə 23:11 03 noyabr 2014 tarixində əlavə olunmuşdur

Dünyanın modelləşdirilməsinə biganə qalmayaq!!!

Bu gün dünya informasiya texnologiyalarının, kompüterlərin və xəbərləşmə sistemlərinin başgicəlləndirici inkişafı və təqib edilməsi artıq demək olar ki, qeyri-mümkün olan texnoloji yeniliklərin adiləşdiyi məkana çevrilib. Uzaq anlayışının yox olduğu, hər cür informasiyanın hər zaman olduğundan daha yaxın və əlçatan olduğu müasir dünyada informasiya texnologiyaları, iqtisadi, ictimai və mədəni sistemlərə birbaşa təsir edəcək mövqedədir. Bəşəriyyət yaradılan gündən ən böyük güc və üstünlük vasitəsi olan günü-gündən əhəmiyyəti artan informasiya inanılmaz bir sürətlə-hər il öncəki illə müqayisədə ən azı iki dəfə artmadadır. Belə geniş bir informasiya yığınını idarə etmək, analiz və sintez etmək və onun içərisindən lazımı informasiyanı əldə etmək günü gündən çətinləşir. Təkcə onu demək kifayətdir ki, ən populyar video izləmə saytı olan youtube.com-a bir dəqiqə ərzində 100 saatlıq(21.04.2014) video yüklənir.
Bununla yanaşı informasiya əsasən yazı və şəkil formadadır və statistik məlumatlara əsasən bütün informasiyanın təqribən 80%-i məhz məkanla əlaqədar informasiyalardır. Təsadüfi deyil ki, yaxınlarımızla telefonda danışanda ilk verdiyimiz suallardan biri: “hardasan?” sualı olur, həmçinin gənclər arasında daha populyar olan sosial şəbəkələrdə səfər edilən coğrafi məkanın paylaşılması çox geniş yayılmışdır.
Yuxarıdakı misallar bir daha informasiyanın xüsusi ilə coğrafi informasiyanın əhəmiyyətini gözlər önünə sərir. Buna görə də torpaqdan istifadənin planlaşdırılması ilə məşğula olan kiçik araşdırma qrupu ilə Jack və Laura Dangermond 1969-cu ildə yaradılmış Esri şirkəti hal hazırda demək olar ki, bütün ölkələrdə distributoru və nümayəndəliyi fəaliyyət göstərən çoxmilyonlu bir şirkətə çevrilmiş və real dünyanın virtual modelinin qurulmasını qarşısına məqsəd qoymuşdur. Günü-gündən əhəmiyyəti və istifadə dairəsi genişlənən Coğrafi İnformasiya sistemləri bu gün elmə əsaslanan problem həlli və qərar qəbul edilməsi üçün mühüm vasitəyə çevrilmişdir. Coğrafi İnformasiya Sistemləri Yer kürəsindəki kompleks ictimai, iqtisadi, ekoloji və. problemlərin həllinə istiqamətlənmiş məkana əsaslanan qərar vermə proseslərində istifadəçilərə köməkçi olmaqla, böyük həcmli coğrafi məlumatların; toplanması, saxlanılması, işlənməsi, yönləndirilməsi, məkan analizi, sorğulaması və təqdim edilməsi funksiyalarını yerinə yetirən maddi təchizat, proqram təminatı, kadr, coğrafi məlumat və üsullar ilə bu məlumatların istifadəçiyə təqdim edilməsi funksiyalarını bütünlük içərisində reallaşdıran bir sistemidir.
ESRİ(Environmental Systems Research Institute) şirkəti yuxarıda da qeyd etdiyimiz kimi, Coğrafi İnformasiya Sistemləri ilə məşğul olan və istifadəçilərin işlərini çox asanlaşdıran ArcGİS kompüter proqramını təchiz etmiş və istifadəçilərin xidmətinə vermişdir. Hal hazırda mərkəzi ABŞ Kaliforniya, Redlands'da olan və bütün dünyada fəaliyyət göstərən şirkət Afrika, Antarktika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya və Cənubi Amerika başlıqları altında qruplaşdırılmaqla cəmi 238 şöbəsi fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana Rusiyadakı Esri distribyutorlarından Esri MDB Məhdud Məsuliyyətli Cəmiyyəti xidmət edir.
ESRİ-nin Türkiyə üzrə rəsmi distributoru olan “ESRi Türkiye” şirkəti də adı çəkilən şöbələr arasındadır. İŞLEM şirkətlər qrupuna daxil olan bu şirkətin baş ofisi Ankara şəhərində olmaqla bütün Türkiyə ərazisində fəaliyyət göstərir. Mütəmadi olaraq ArcGİS dərsləri keçən ESRİ Türkiyə şirkəti Türkiyə ərazisində fəaliyyət göstərən universitetlərdə də vaxtaşırı olaraq təlimlər təşkil edir. Adı çəkilən təlimlərdə biri də bu yaxınlarda Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində təşkil edilmişdir. Adı çəkilən universitetlərin məzunu Fərrux Rəhimovun layihəsi əsasında Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan təlimlərdə coğrafiya və yerşünaslıq ixtisaslarında təhsil alan təqribən 100 nəfərə qədər gənc iştirak etmişdir. Esri Türkiye şirkətinin tədris işləri koridatoru Fatih Ocak gənclərə Coğrafi İnformasiya Sistemləri və ArcGİS haqqında ümumi məlumat vermiş, Esri Türkiye şirkətinin fəaliyyətindən misallar göstərmiş və ArcGİS kompüter proqramının imkanlarını əyani formada nümayiş etdirmişdir. Təlimdən iştirak edən və gənclərə müxtəlif dəftərxana ləvazimatları fərqlənən tələbələrə isə ArcGİS 10.2 kitabı və hədiyyə edilmişdir.
Belə tədbirlərin ölkəmizdə xüsusi ilə regionlarda təşkili çox əhəmiyyətli və sevindirici haldır. Hesab edirəm ki, bu gün dünyada ən bahalı silah olan və gələcəyə işiq salmaq qabiliyyətinə malik olan informasiyanın əldə edilməsi, toplanması, mühafizəsi və işlənməsi prosesində gənclərimizin daha müvəffəqiyyətli olması üçün bu cür imkanlardan yaralanmaq və mümkün qədər çox insanın bu sistemlərdən xəbərdar olmağına yardımçı olmaq üçün əlimizdən gələni əsirgəməməliyik.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0354 saniye