Dünyanın nə qədər dəhşət anı var
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 17:06 02 may 2018 tarixində əlavə olunmuşdur

Dünyanın nə qədər dəhşət anı var.

 

Ömür bilməyirəm hələki nədir,

Zaman ötə ötə ürəyi didir.

Kim gəlir, kimisi çiyində gedir,

Dünyanın nə qədər dəhşət anı var.

 

Dünən əl verdiyin yanında yoxdur,

Sarsılan fikirlər,ümidlər çoxdur.

Həyat həm şirindir, həm acı oxdur,

Dünyanın nə qədər dəhşət anı var .

 

Tutan olmayıbdır ovcunda onu ,

Bəzəyib, düzəyib geydirib donu.

Axırda torpaqdır dünyanın sonu ,

Dünyanın nə qədər dəhşət anı var .

 

Qara tellərimə dən düşür aram,

Qocalır gözümün önündə Anam.

Atasız  bir  qərib  yetim uşağam ,

Dünyanın nə qədər dəhşət anı var .

 

 

 MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

02.05.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0536 saniye