Dünya,özün boyda dərdin var sənin....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:16 23 dekabr 2014 tarixində əlavə olunmuşdur

Qoşma


Dünya,özün boyda dərdin var sənin,
Yetənə yetirsən,daş da atırsan.
Hər nəyi istəsən,onu edirsən,
Hələ bir üstəlik baş da qatırsan.
***
Sevənlər Məcnuntək səhralardadır,
Sevilən kəslərin könlü qübardır.
Tökülən dolacaq,mey ayaqdadır,1
Süzülür gözlərin,qaş da çatırsan.
***
Yalan ayaq tutar,ancaq yeriməz,
Quzeylərin qarı,buzu əriməz.
Tarixin bilinməz,yaşın bilinməz,
Yaşının üstünə yaş da atırsan.
***
Qocalıq çatdımı,ölüm haqlayır,
Mövludun ürəyi qübar bağlayır.
Səni yaradanmı cavan saxlayır?
Sel kimi çağlayıb daş da,batırsan?


1Ayaq(arxaizm-Badə deməkdir..


4.05.2013.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+10=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0424 saniye