DURUB EVİMİZƏ GƏLƏRSƏN ATA
Sən gələn yollara güllər əkərəm,
Duyub xoş ətrini qəlbə çəkərəm.
Sənin gəlişini təkcə istərəm,
Durub evimizə gələrsən, ata!
Gözlərim dikilib yollara sarı ,
Könlüm həsrətinlə çəkir qübarı.
Gözlərəm yolunu, bu axşam barı
Durub evimizə gələrsən, ata!
Səni unutmaram, qəlbimdə varsan,
Ruhumda,qanımda,canımda cansan.
Ömrümdə yeganə, tək ehtiyacsan,
Durub evimizə gələrsən, ata.
Üzümdə donubdur gözümün yaşı,
Bağrıma basıram məzarı,daşı.
Tapa bilməyirəm səntək sirdaşı,
Durub evimizə gələrsən, ata!
Seymuru bu üzən acı qayğılar,
Sənsız kabus olan qara uyğular,
Məndə həsrətinə can qoymadılar,
Durub evimizə gələrsən ,ata!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
16.02.2018