Düşdü
(Alkoqolun dilindən)
(Ustad A.Əlsgərin ruhu qarşısında baş əyirəm)
İstirahət günü yeməkxanada,
Gözüm bir butulka çaxıra düşdü.
İstədim gillədəm,cibimdə pul yox,
Növbə tutdumsa da axıra düşdü.
****
İşarət eylədim ofisiantkaya:
"Gətir birin nisyə,batmayar maya"
Yığıldı adamlar haya-haraya,
Sanki gülün meyli o xara düşdü.
****
Milisioner gəldi onun səsinə,
döydüm gözlərimi baxdım üzünə.
Apardı ayıltma məntəqəsinə,
Sındı qol-qanadım de hara düşdü?
Sumqayıt.1982-cı il.(Mövlud Ağamməd)