Düşdüm eşqindən dərdə oldum sevgi xəstəsi
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 10:24 21 may 2016 tarixində əlavə olunmuşdur

Pərişanam bu günlər tamam başqa olmuşam, 
Halımı gəl soruşma,bulud təki dolmuşam, 
Səni görən günümdən,saralmışam solmuşam, 
Düşdüm eşqindən dərdə,oldum sevgi xəstəsi.


Yollarına baxaraq andım,hər axşam -səhər, 
Şirin gəlir hər kəlmən,söyləsəndə lap zəhər, 
Görəndə soruşursan cavab verdim bir təhər, 
Düşdüm eşqindən dərdə,oldum sevgi xəstəsi.


Sözlərim cox olsada,dilim tutmur nədənsə, 
Səndən başqa anlamaz,başa düşməz bir kimsə, 
Dost tanışlar halımı belə gördü,səbəbsə 
Düşdüm eşqindən dərdə,oldum sevgi xəstəsi.



Bundan artıq dərd olar,məndən nə istəyirsən..? 
Sənə olan  eşqimi, sevgimi görməyirsən,?
Sən canıma qanıma,ruhuma işləmisən .
Düşdüm eşqindən dərdə,oldum sevgi xəstəsi.

Nə sən dərdimi tərpət, nə mən söyləyim bunu,
Payız yeli vurubdur bahardan çıxmış canı,
Seymurun vəfalısı, sevdiyi gözəl hanı?
Düşdüm eşqindən dərdə , oldum sevgi xəstəsi.

Müəllif: SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
1+18=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0266 saniye