Pəncərənin önündə dayanıb ayı seyr edirdim... Ayın üzünü yavaş-yavaş qara buludlar alırdı və bir neçə dəqiqədən sonra buludlar ayın üzərindən çəkilib ay yenə də öz işığı ilə ətrafa nur saçırdı. Göyün üzündə sayrışan ulduzlar gecədə sehirli abu hava yaradırdı. Gecə yarisi olduguna baxmayaraq şəhərin yarisi oyaq idi.Pəncərələrdən gələn işıq insanların hələ də oyaq olduqlarindan xəbər verirdi. Kimsə kitab oxuyur,kimsə musiqi dinləyir,kimsə düşünür kim isə də mənim kimi gördüklərini,yaşadıqlarını,düşündüklərini gələmə alır. “O” ...Hal hazırdai onu düşünürəm,bəlkə də o da məni düşünür bəlkə də düşünmür... Bəzən düşünürəm ki,görən onu düşünməyə haqqım varmı?... Bəlkə də artıq onun düşündüyü kim isə var.Eh nə isə olsa da olmasa da,məgər düşünmək günahdır?... Mən onu bir iki il olar ki,tanıyıram ama yaxindan tanışlıgımız bir aya yaxındir. Maraqlı insandır,deyib güləndir.Əslində deyib gülənləri o gədər də sevməsəm də amma onun etdiyi zarafatlar nədənsə mənə xoş gəlir. Birdə çox gozəl gözləri var,sanki bir cüt yanan ulduzdur.Gözlər dogrudan da insanın iç dünyasında xəbər verir. Bəzən özünün də xəbəri olmadan onun gözlərini oxuyuram,bəzi şeylər müəmmalı qalsa da amma onlarinda cavabı nə vaxtsa tapılacaq. Bəlkə də mən artıq gecikmişəm,bəlkə də yazdıgım bu kiçik hekayə boşunadır... Onunla üz-üzə göz-gözə oturub söhbət etmək istərdim onun haqqında düşündüklərimi ona çəkinmədən söyləmək istərdim amma bacarmıram... Artıq gecə saat 03:30 göstərir.Mən hələ də pəncərənin önündə əyləşib şəhəri seyr edərək gəlbimdən keçəni gələmə alıram. Sakit bir gecədir,deyəsən şəhər sakinlərindən oyaq qalan yoxdur.Pəncərələrdə yanan işıqlar söndü,yalnız mənim pəncərəmdən başqa. Sakit bir yaz gecəsi mən və mənim düşüncələrim...