Düşüncələr
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 19:31 03 may 2014 tarixində əlavə olunmuşdur

Mart ayının əvvəlidir.Hava çox soyuqdur.Hara getdiyimi bilmədən küçələrdə yeriyirəm.Soyuq Bakı küləyi üzümdə dolaşır.Heç nə düşünə bilmədən gedirəm.

Ancaq bu sakitlik yaddaşımı yumşaldır və səninlə bağlı bəlkə də unutmalı olduğum xatirələri daha da  gücləndirir.Ancaq mən bu xatirələri unuda bilmirəm və bunu etməyə fikrim də yoxdur.Kimsə bunu unutmaq üçün nəsə  təklif edərsə belə mən yaddaşımın səninlə bağlı bu kiçicik  parçacığını heç nəyə dəyişmərəm.Uzunmu,qısamı fərqi yoxdur, bu xatirələr mənim həyatımda acılar,əzablar bahasına qalmasına baxmayaraq qoy olsun.Bəzən yadıma düşdükcə mənim ürəyimi isidir,hələ nə qədər davam edəcəyini isə bilmirəm.Küçələrdə dolaşarkən özümdən asılı olmayaraq,yanımdan  o tərəf bu tərəfə ötüb keçən üzlər arasında səni görmək ağlımdan keçir.Qəribədir,mənə sonsuz sayda sevinc və acılar yaşadan,o qədər də ümid verən və xəyal qırıqlığına düçar edən o doğma və mənə yaxın olan üzü axtarıram.

Hərdən səni görməyi lap çox istəyirəm və buna ümid də edirəm.Eyni zamanda tutalım ki ,səninlə rastlaşdiq,onda mən nə edəcəm ,nə deyəcəm ki?

Eh , bu mənə lazımdı ki? –ağlıma  gələn bu fikir  məni sanki xəyallardan ayıldır,-mənə yəqin ki, lap pis təsir edər bu görüş.Mən sadəcə heç danışa bilməyəcəm yəqin.Mən  sənə deməyə bir söz tapa bilmərəm...Ona görə də ağlıma gəlməsinə baxmayaraq səninlə rastlaşmaqdan  həmişə qaçmışam.

Bir şeyi bilmirəm ,sonuna qədər davam gətirməyə  əmin  olmadığımız  halda kimə isə qəlbini açmaq ,ona könül verməyə dəyərmi?

Bəlkə də məhz bu əzabların dadını ömrümüz boyu hiss etmək üçün biz sevirik?

Bəlkə də bunun üçün yaşamağa və sevməyə dəyər?


... dəfə oxunub
Qiymət: 9/10(19 səs)
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0284 saniye