Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan....
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu Yaradan,
Mayanı tutmuşdu sabit torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, insan!!!!
İradə bəxş etdi Yaradan sənə,
İstiqamət alma, əsən yellərlə,
Şüuru örnək tut, əməllərinə,
Bir gün, bu işlərə hesabatçısan!
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
"Həsədi", "həvəsi" qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
Ümid et, həmişə xoş gələcəyə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!
20.10.1996 / Bakı