Düşüncəmiz əngəllidir onlar deyil...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 07:27 03 yanvar 2014 tarixində əlavə olunmuşdur
 Elə insanlar var ki, nə zaman onlara söz versən həmişə hər şeydən narazıdırlar. Baxırsan hər şeyi, hər şəraiti var amma şükr etmək əvəzinə üsyandadır. Belə insanları görəndə ağlımdan keçən tək şey "Görəsən, bunlar xəstə olsalar nə edərlər???" sualıdır... Bunları görə-görə anladım ki, Allaha sahib olduqlarına görə şükr edən çox az insan var. Bu da özəlliklə kasıblardır. Bunların da bir qismi şans üzünə gülüb varlanana kimidir. Şükr etməyi bacaran və bundan dərs ala biləcəklərimiz isə həyata tutunmuş, sözün əsl mənasında, ölümlə mübarizəsindəki məğlubiyyətdən  son saniyədə vurulan zərbələrlə xilas olub yaşam savaşını öz xeyrinə bitirən əngəlli insanlardır. Əlbəttə, sağlam birisini düşündürən şeylərin nələr olduğunu hamımız yaxşı bilirik. Ehtiyac yoxdur yenidən sadalamağa. Ona görə də, o haradan bilsin karın eşidə bilmə arzusunun, korun görmə istəyinin, kəkələyə-kəkələyə danışana güldükləri zaman onun yaşadıqlarını və bundan pis olub təkrar-təkrar hər kəs kimi danışma istəyinin od olub ürəyini yaxmasının, əlsiz-ayaqsız ömür boyu kimlərəsə möhtac olmanın verdiyi xəcaləti, yolda getdiyi zaman ətrafdakıların qəribə, təəccüblü, alayedici baxışları altında olmanın verdiyi ağrını. Onlar əllərini, ayaqlarını, gözlərini itirdikləri halda nəfəs aldıqları hər an üçün Allaha şükr edirlər. Sahib olduqlarımızla onların sahib olduqlarını müqayisə etsək, yəqin ki, malın-mülkün, varın-dövlətin bir heç olduğunu anlayıb, onlara gülməməyi, onları cəmiyyətdən tədric edə biləcək münasibətlərə son verməyi öyrənərik. Bu həyatda yaşadığımız müddətcə heç birimiz faciələrdən, fəlakətlərdən, bəlalardan sığortalanmayıb. Bir dəqiqə sonra nə baş verəcəyini, nəyin qurbanı olacağımızı bilmədiyimiz üçün bu kimi mənfi hərəkətlərimizdən bir an öncə uzaqlaşmalı və bizə nəinki verilən verilməyən hər şey üçün də Allaha  şükr etməliyik.

... dəfə oxunub
Qiymət: 7/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye