Dünyanın küncü yoxdur. Ona görə də insanlardan qaçmaq , küncə qısılmaq olmur. Hər gün beş adam görürsənsə , on dənədə üz görürsən. Artıq belədir. İstisnalar isə həmişə olubdur. Yaxşısı budur heç kimi yaxından tanımayasan , çünki , uzaqdan daha insani görünürlər.
Kainatda , boşluqda süzülmək istəyən bir insan düşünün. Sadəcə qaranlıqdır. Möhtəşəm , işıq saçan ulduzları , rəngbərəng planetləri , novaları , qara deşikləri və başqa göz oxşayan şeyləri çıxsaq , maraqlı bir şey yoxdur. Bir də düşünün ki , o insan yerdən çox uzaqlaşır , sonra boşluqda süzülən bir qayanın üzərində oturub dünyanı seyr edir. Bəli , artıq hər şey daha mənasız görünür. Milyonlarla ölən insanlar , pul üçün hər hoqqadan çıxanlar , oğurluqlar , cinayətlər , bir sözlə hər şey. Kiçik zərrəzik kimi görünən bu yerdə olanlara bax. Boş – boş məsələlər üstündə mübahisələr gedir , sonda isə qazanan həmişəki kimi zaman olur. Zaman hər insanın axırına çıxır. Varlınında , kasıbında , oğrununda , yaltağında , cinayətkarında , yaxşınında. Onlar isə bunu unudub.
İndi bunu düşünün : Elə bir yerdəsiniz ki , burada rahatlıq tapmamaq mümkün deyil . Hər şey əladır , istədiyiniz hər şey olur. Sonsuza qədər də yaşamaq imkanınız var bu yerdə.Keyfi - səfa ilə yaşayırsınız. Və , məsələn , üçyüz ildən , beşyüz ildən sonra monotonlaşmış həyatdan bezirsiniz. İstəkləriniz də gerçəkləşdikdən sonra artıq bir marağı qalmır. Bu gözəl yer artıq sizə əzab verməyə başlayır. İnsan bir şeydə ki , əziyyət çəkmədi , onun daha nə ləzzəti var. Ona görə də dünyanın hər şeyini pisləmirəm , hər daim çətinlik çəkirsən , hər daim mübarizə aparırsan , özünə bir məqsəd seçirsən və onun üçün də yaşayırsan. Sonda isə böyük ehtimalla məqsədinə çatmadan ölürsən.
İndidə düşünün ki , ölmüsünüz. Öz dəfninizdə belə iştirak edirsiniz , amma , heç kim sizi görmür. Sadəcə, sizdən sonra insanların düşüncələrini öyrənmək üçün oradasınız. Qorxulu səslənir bilirəm , amma , heç qorxusu yoxdur. Çünki , ölən insan dünyanın ən pis əməlli adamıda olsa , onun haqqında yaxşı bir şey çıxarıb atırlar ortaya. Guya bu Allahın ən məsum bəndəsiymiş. Yaşayarkən fikir vermiyiblərmiş. Öldüktən sonra olur qohum-əqrabanın sevimlisi. Ölümünüzü düşünüb qorxub eləməyin. Ölülər ən yaxşı adamları olub bu ölkənin.
Düşünməkdən çəkinməyin. Ən azad olduğumuz yerdir , düşüncəmizlə xəyallarımız. İstədiyinizi düşünün. Bir vaxt oxuduğum bir söz ilə yazını bitirmək istəyirəm :
Düşünün , düşünün.! Nə qədər ki , ona da qadağa qoyulmayıb.