Duyğusuz adamın kredosu
ŞvartsMan tərəfindən "Şeir" bolməsinə 12:33 07 oktyabr 2016 tarixində əlavə olunmuşdur

F.Q üçün

Duyğusuz adamın duyğusuz sözləri
dolacaq səhifələrə.
Bir həyəcan, bir azcıq xoşbəxt, unutqan gün arzulayacaqsan.
Bir gün bir qız sevəcək səni -bağlanacaqsan.
Bir gün də çıxıb gedəcək.
Nişanlanacaq...
O zaman sən itirdiyin onamı,
Yoxsa qazandığın o xoş günlərəmi
Ağlayacaqsan?
Yox, anlayacaqsan:
Axı demişdin ona ki, yaşananlar bir macəradı.
Xatırlamaqdı.
Unutmaqdı. 

Kitabçı dostuma kitab alan bir qız "vicdansız" deyəcək.
Biləcəm ki, Nitsşeni oxumayıb.
Ona görə "vicdansız" sözü təsir etməyəcək nə ona, nə mənə.

Bir də bunu yazıram sənə.
Çox güldürənlər çox ağladanlardı.
Çox gülmə mənim kimi.
Mən ağlaya bilmədiyimdən gülürəm, 
Sən unutmaq üçün gülürsən.

Bunları ümidsizlikdən yazmıram,
"Sonuncu ölən ümidlərdi"-deyirlər.
Vallah bizdə birinci ümidlər ölür,
Sonra insanlar.
Adamın lap həvəsini öldürürlər.

Bir şey də deyim yadında qalar:
Ya mən tam olmamışam,
Ya da səni tam doldurmayıblar.

Duyğusuz adamam özün bilirsən.

4 oktyabr 2016


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0378 saniye