Əbədi qal içimdə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 23:00 26 may 2023 tarixində əlavə olunmuşdur

Uçuşan hissləriylə

Səmasız,

Üstüqapalı bir xarabada

Sərbəst şeir yazır

qolu zəncirli şair…

Bircə sən mənə şair demə,

ürəyim sıxılır,

bəlkə yüz dəfə artıq darıxıram

bunu xatırlayanda.

Bərk bağla ürəyinin qapısını da

yoxsa ki, boşluqlardan hava sızır,

üşüyürəm.

'Sevilməyə nə var ki' deyərdim,

deyə bilmirəm,

çünki bilmirəm necə olur

sevdiyinin səni sevməsi

Sevmədiyin səni sevsə,

bilirəm, çox fərqi olmur,

Axır-əvvəl unudulur

unudulacağım kimi...

Unudacağın kimi...

İndi həsrətinin dumanına bürünüb,

güclə sezilir işartısı

Yuxusuzluqdan nuru sönən gözlərimin

və hər gün şəklinə baxıb

sənə verdiyim sözlərimin;

'Yaşayacağam,

Qalxacağam,

Güləcəyəm,

Sonunadək,

Son anadək...

Yıxa bilməz məni artıq

yüklənən bu əzablar da:

nə gələcək, nə dünənki, nə bugünkü!

Sənin var olduğun dünya

yaşamağa dəyər, çünki...'

Bircə sən mənə şair demə...

Keçici bir hal deyil bu

və bu qədər sadə deyil hər şey

Mən axı bilirəm bunun

necə ağır olduğunu

və necə üz-üzə qoyur

ürəyini, başını

Üzərimdə əsrlərin yükü yığılıb, sanki

Atacağam hamısını

səndə tapdığım sevinclə

Səni yenidən sevəcəyəm

insani bir biçimdə

və atacağam bir gün şairliyin də daşını

sən isə xoşbəxtliyimsən,

əbədi qal içimdə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0211 saniye