Əbədi varlıq
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:35 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir ulu sevgi var, Tanrı sevgisi,

Bir də Tanrımızın Özünə sevgi.

Ötəri - keçəri sevgi bir başqa,

 Bir də var həqiqi, düzünə sevgi.

 

Tanrıya sevgimin hüdudu sonsuz,

Sübuta, təstiqə bir ehtiyac yox.

Ömrümüz çox qısa, sirli bir nağıl,

Onsuz müşküllərə heç bir əlac yox.

 

İstəsə güldürər, istər ağladar,

Bizlərə can verən, alan Odur, O.

Bizik bu dünyaya gəldi - gedərlər,

Əbədi var olan, qalan Odur, O.

 

Nə yerin, nə göyün hökmü deyildir,

Bəşərin günahı öz içindədir.

Ürəyin istisi məhəbbətində,

Ocağın istisi köz içindədir.


... dəfə oxunub
Qiymət: 9/10(911 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye