Elvin ... 7-ci "Septini"-nin 2-ci psixi. Yazıçıdır. Yazmağı öyrənməsinin tarixi yazıçılığa başlama tarxindən sonraya təsadüf edir. Məktəbə getməyib. Təhsili yoxdur. Tarixin boşa xərclənmiş istedadlarından biri idi. Bir dəfə məhlədə olarkən uşağa sənin qolun sənə artıqlıq edir demişdi. Uşaqda həmin qolu ilə Elvini vurmuşdu. Elə axşamı günü evə çıxarkən pilləkanlardan yıxılıb qolunu sındırır. Kəhanətə sahib idi. Bəziləri təsadüf hesab etsə də bəziləri də cadügər falan deyirdilər. Sonra yazı ilə tanış oldu. Ama heç bir dili bilmirdi. Öz-özünə kağızda nəsə qaralayardı. Şəkillər çəkərdi. Normal bir uşağın çəkdiyi təbiət, xoşbəxt ailə təsvirləri kimi deyildi. Qan, faciə, anarxiya təsvir edərdi. Altından da anlaşılmaz kəlimələr yazardı. Şəkillərindən nə dediyini anlamaq olurdu. Yazıçı idi, digər yazıçılardan fərqi o keçmişi və keçmişdə olanları yazmırdı. O, gələcəyi yazırdı. Yazdıqları və çəkdikləri həyata keçirdi. 16 yaşında bir yuxu gördü. Yuxuda gördüklərini heç kəsə deməsə də, bu təhsilsiz yazıçı bir günə yazmağı öyrəndi. İnanılmaz idi. Qısa müddətdə möhtəşəm əsərlər yazdı. 2 ilə 19 kitab yazdı. Bütün kitablarda faciədən bəhs edirdi. Ən diqqəti çəkən kitabı isə "6 böyük hərəkat" oldu. İlk dəfə keçmişdən yazdı. 19-cu bölmənin adı isə "7-ci hərəkat" idi...
Kitabları ölkə miqyasında oxunurdu. Bir dəfə ona zəng gəldi.
- Sən "ecrivain"-san?
- Cənab, başa düşmürəm sizi.
- Yazıçısan?
- Aha, kim idi?
- 7-ci hərəkatdandır. Başlayırıq, gəl bizə qoşul. . . !
İdelogiya və "Sepniti" haqqda - http://yazar.in/yazi_quotseptiniquot-7-psix_1097.html