Ədalətin 20 yaşı olacaqdı 26 fevralda, amma o heç vaxt ad günün qeyd etmirdi Xocalı soyqırımına görə. Keçirsə də 27si fevral keçirərdi o da ki çox sakit formada. Ədalət özü siyasi-fəal bir gənc idi. Əvvəl Nida Vətəndaş hərəkatınada üzv olmuşdu. Hər zaman Rəsulzadə sevgisi var idi içində, xalqını çox sevən biri idi. Peşəkar olmasa da həvəskar blogger idi. Yaltaqlığı, yalan danışmağı sevmirdi. Elə bu xüsusiyyətinə görə öz ətrafında, qohumları arasında, dostlarının yanında və digər tanışlarının yanında hörmətə sahib idi. Qəlbitəmiz və saf biri idi. Üstəlik 2-ci sinifdən sinifyoldaşı olan bir qız var idi. Çox sevirdi onu. Nəhayət 4 gün öncə sinifyoldaşı Günelə olan sevgisini etiraf etmişdi. Özü bir dəfə mənə deyirdi ki, onun belə istedadlı olmasının əsas səbəblərindən biri Günelə olan sevgisi idi. İllərlə sevmiş, içindəki sevgini yaradıcıllığa çevirə bilmişdi. Güneldə Ədaləti sevdiyini söyləmişdi. Yaşı 20 idi amma subay idi, evlənmək yaşı çatmışdı. 24-ü fevral tarixində Günel ilə bir yerdə şəhərdə gəlinlik almağa getmişdilər. Ayın 25i mən Günel və Ədalətin başqa bir yaxın dostu olan Ramiz danışdıqki, 20 yaşında Ədalətə möhtəşəm sürpriz edəcəyik, deməli Günel və Ədalətin toyunun vaxtını, yerini, necə keçəcəyini, gələn qonaqları, xidmət heyətini hamısını həll eləmişdik. Uşaqlıqdan bəri ən böyük arzusu da Ferrariyə minmək idi. Ferrari almağa gücümüz çatmasa da bir günlük kirayə edə bilmişdik. Bəy kostyumun isə şəxsən özüm seçmişdim. Martın 1 isə toy olacaqdı. Möhtəşəm toy. Ədalət atasını Xocalıda itirmişdi, atasının anasına vəsiyyəti isə oğlunun əslən xoşbəxt olduğu günü görmədən ölmə deməisydi. Əli kişi son sözündə yoldaşına yanıma gələndə o günü mənə danışarsan, məndə xoşbəxt olaram deyib gözlərin yummuşdu. Bu gün fərqli olacaqdı, hər şey hazır idi.
26-sı fevral dəhşətli oldu. Səhər-səhər evlərinə naməlum, silahlı insanlar basqın edib Ədaləti apardı, evindən 250.000 AZN tapıldı, sonra dövlətə qarşı cinayət, və 26 fevral 20 yaşında ən gözəl ad gününü o içəridə keçirmək hədiyyəsi aldı. Günahı isə yaxşı bloqqer olmaq və doğruları yazmaq idi. Bir də ki rüşvət almamaq. Ad gününü döyülərək, söyülərək, işgəncə edilərək keçirdi. Amma günü sona başa vurmaqda qismət olmadı. Atasına qarşı Xocalıda edilən vəhşiliyi o 19 il sonra Azərbaycanda elə azərbaycanlılar tərəfindən gördü. İlk öncə dırnaqlarını çıxardıblarmış, sonra ayağından dərisini soyublar. Dahasını yaza bilmirəm. . . Günel sabaha yaxın bu hadisəni öyrənib özünü zəhərləyərək öldürdü. Anasının ürəyi dözmədi. Mənsə Ədalətin son məktubunu yazıram və ölümə gedirəm.
-Qardaşım, ilk öncə edəcəyin sürprizlərin hamısını əvvəlcədən bilirdim, amma özüm heç nə demək istəmədim, mənim də sizə sürprizim var idi. Lap əvvəldən məni hədələyirdilər. Atanla eyni gündə, eyni yerdə amma fərqli illərdə dəfn olunassan deyə. Bilirsəndə yazılarıma görə. Anama de ki ən böyük arzum Günel ilə evlənmək idi. Çatdım bu arzuma sadəcə rəsmi olaraq nikah olmadı, anam, canım anam Güneldən muğayat ol, mən indi xoşbəxtəm atama da özüm danıışacam bütün olanları. Yaşayın, özünüzə heç nə etməyin, Güneldən muğayat ol, ən əsası da özündən. Məni 26 Fevralda öldürdülər, çünki Xocalıya Ədalət idim, amma onlara Ədalət lazım deyil. Yaşa anam, yaşa. Günelimə də söylə onu sevirəm, həqiqətən, kimi sevsə məndən sonra onunla da evlənsin, kim onu xoşbəxt edəcəksə onunla, o xoşbəxt olsa məndə olacam. Sənə qaldıqda qardaşım, bilirəm ki anam və Günel özünə qəsd edəcək, ikisinidə sənə, səni isə Allaha tapşırıram, cənnətdə görüşənədək...