ƏDALƏT
Aysan Azimzade tərəfindən "Digər yazılar" bolməsinə 22:31 11 yanvar 2015 tarixində əlavə olunmuşdur

Parisdə 12 nəfərin öldüyü gün, İraqda  83, Yəməndə   38, Suriyədə 26,Əfqanıstanda  18  Qəzzədə isə  dəqiq deyil neçə nəfərin öldüyü.. Həmin gün  ədalətdən, vicdandan, birlikdən, müstəqillikdən  və s.  danışan insanlar o 12 ölümdən danışdı. Sanki o biriləri normalmış kimi. Sanki onlara  haqmış kimi. Bununla yanaşı Fransa və  digər Avropa ölkələrində müsəlmanlara qarşı şüarlar səsləndirib mitinq edirlər. Bəs o biri  ölənlər üçün?  Onlar öldürülüncə  artıq nə danışır bu dünya nədə xəbərlərdə 2 dəqiqə vaxt ayılırır. Normal hadisəymiş kimi qarşılanır. Parisdə 12 nəfərin ölümü isə xəbərlərin 30 dəqiqəsində  vaxt ayrılır.   Sanki onların ölümü yalnız haqsızlıqmış  kimi.  Avropa ölkələri  zənnimizcə çox  ədalətli, düşüncəli müasir, müstəqildir,  bir neçə gün bundan əvvəl necə ki, ən məhşur xəbər kanallarından biri  olan Euronews kanalında İsrailə qar yağması nəticəsində  insanların marketlərdən alış-veriş etdikərini  və bir neçə gün evdən çıxmayacaqlarını göstərdilər. Və bu xəbərdən sonra Qəzzədə   insanların deyil marketdən alış-veriş etməkləri qalacaqları bir evləri belə yox  idi. Bəs hanı Ədalət, vicdan, birlik, müstəqillik?


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0267 saniye