Ədalətli Ənuşirəvan
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 10:38 12 mart 2016 tarixində əlavə olunmuşdur

Ənuşirəvan Sasanilər sülaləsinin ən qüdrətli nümayəndələrindən sayılır.531-579-cu illərdə hökmranlıq etmişdir.Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Adil  Nuşirəvan kimi tanınmışdır.

Rəvayətə görə,günlərin bir günü Ənuşiravan vəziri ilə ölkəni gəzirdi.O,üzünü vəzirə tutub dedi:

Görəsən,məmləkətimdə elə ev tapılar ki,mənim ədalətimin işığı ora düşməmiş olsun”.Elə bu an bir qarı Ənuşirəvanı atının cilovundan yapışıb dedi:

 -Siz bilərsiniz,mən ədalətsiz Ənuşirəvanı haradan tapa bilərəm?

Ənuşirəvan çevrilib vəzirin üzünə baxdı.Vəzir bir şey biruzə vermədən soruşdu:

-Ana,hər yan qibleyi-aləmin ədalətindən danışır.Sən hansı cürətlə ona ədalətsiz deyirsən?

-Ədalətli şahın oğlu ədalətsizlik eləməz.namussuzliq eləməz...

Dünya Ənuşirəvanın başına fırlandı.qulaqlarına inanmaq istəmədi,soruşdu:

-Ana.nə namussuzluq?Kimdir onu edən?

-Ənuşirəvan mənim yeganə oğlumu davaya göndərib.Oğlum onun yolunda döyüşür.Şahın oğlu isə zorla mənim gəlinimin yanına gəlib-gedir.

Ənuşirəvanın canından od qalxdı:

-Ana,Ənuşirəvan mənəm!Mənim oğlum da təkdir.Əgər o, belə hərəkət etmiş olsa,mənim ədalətimə ləkə gətirsə,gözlərinin qarşısında onun cəzasını öz əllərimlə verəcəyəm.

Qarı dedi:

-Oğlum bu saat gəlinimin yanındadır.

Ənuşirəvan dinməz-söyləməz atdan düşdü.Vəzirə işarə verdi.Vəzir yaxındakı komanın bacasından içəri baxdı.Gördü ki,doğrudanda şahın oğlu gəlinin yanındadır.Fikir içində geri döndü.

Şah soruşdu:

-Doğrudurmu?

Şahzadə tək olsa da,məmləkətin yeganə varisi sayılsa da,vəzir həqiqəti gizlətmədi:

-Doğrudur qibleyi-aləm!...

Bircə anda neçə il qocalan Ənuşirəvan qarıdan duz istədi.Duzu dilinə vurub içəri keçdi.Qılıncı çəkib oğlunun başını üzdü.

 Saraya qayıdırdılar.Sarsıntılı hadisədən sonra dünyagörmüş.həmişə müşkül qıfılların açarı olmuş vəzir ,şahın hərəkətləri qarşısında mat qalmışdı:

-Ey böyük ənuşirəvan!Bilirdim ki,öz ədalətin naminə yeganə oğlunun başını kəsdin.Lakin məni iki şey heyrətləndirir.Nə üçün içəri keçməmiş qarıdan duz istədin?

-Qorxdum ki,qan başıma vura.qarını səbəbkar bilib onu öldürəm.Onun duzunu daddım ki,qarıya əl qaldırmaq mümkün olmasın.

-Bəs çırağı nə üçün söndürdün?

-Dünyada övlad məhəbbətindən güclü heç nə ola bilməz.Məhəbbət isə gözdə olur.Əgər oğlumun gözü mənim gözümə sataşsaydı.mən onu heç cürə öldürə bilməzdim.məhəbbət məni güzəştə aparardı.Nəticədə günah dünyada cəzasız yaşayardı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0368 saniye