Əfsanəvi yeraltı ölkə - Aqarti
İlqar Rəhimov tərəfindən "Elmi məqalə" bolməsinə 13:28 02 iyul 2014 tarixində əlavə olunmuşdur

Aqarti − Şərqdə yerləşən yeraltı əfsanəvi ölkə.

Sanskrit dilindən hərfi tərcüməsi “əlçatmaz” deməkdir. Aqarti haqqında ilk məlumatı fransalı mistik Aleksandr Sent-İv D'Alveydr özünün “Hindistanın Avropadakı missiyası” kitabında verib. İkinci dəfə Aqarti haqqında məlumat Ferdinand Ossendovskinin “Heyvanlar, insanlar və Allahlar” kitabında monqol lamalarının dilindən verilir. Onlar yerin altında yerləşən və insanların talelərini idarə edən ölkədən danışırlar.

Ənənəvi olaraq, Aqartinin yerləşdiyi yer Tibet və ya Himalay dağları hesab olunur. Aqartidə ənənələrin qoruyucuları, əsl müəllimlər və dünyanın hökmdarları yaşayırlar. Adi insanın ora düşmək şansı yoxdur. Ora ancaq seçilmişlər düşə bilər, elə bütün sakral ölkələrə olduğu kimi. 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0231 saniye