Əgər unutsaydın..
cəmilə tərəfindən "Hekayə" bolməsinə 18:37 27 aprel 2014 tarixində əlavə olunmuşdur

-Nə düşünürsən?

-Səni düşünmürəm

-Bunu nə vaxt buraxdın əzizim?

-Bilirsən,sən getdiyin gün hərşey dəyişdi.Əvvəl çox canım yanırdı.Hətta elə bilirdim ki, artıq heçvaxt yaşaya bilməyəcəm.Amma belə olmadı.Getdikcə günəşin məni isitdiyini hiss edirdim.Yağış adı gələndə sən yox damlalar ağlıma gəlirdi.Yazdığım məktubları,rəsimlərini hərgün cırıb atırdım.Gülümsəyişin unutdum.Gözlərindəki o ifadəni.Baxışlarına ruhumu təslim etməyimi..Külək əsəndə artıq sənin qoxunu gözləmirdim.Can dediyin günlər,dinlədiyimiz musiqilər,arzuladığımız o ev.Bir bir ölən ümidlərim can tapdı başqalarında.Unutdum sənə aid nə varsa.Keçmişdə qaldı hərşey.Xatirələr arasına qarışıb getdi surətin.Niyə susursan?

-Dinləmək gözəldir.Gözlərinə baxıb məni anlatmağın

-Mən səni unutdum deyirəm,sən nə deyirsən.

-Başa düşürəm səni.Məni unutmusan bəlkə.Amma sən məni unutmaq fikrini unutmamısan.

-Nə deyirsən sən?

-Ətrimi xatırlayırsan?

-……………………

-Bilirdim.Məni unutmamısan.Amma bunun önəmi yoxdur can.Çünki mən də səni unutmuşam.Can deməyimə baxma.Ağzım elə öyrənib.Hə,nə deyirdim?Səni unutmuşam mən də.Rəsimlərini qoxlamıram artıq.Gecələr birdən oyanıb ağlamıram.Düşüncələr artıq boğmur məni.Sətiraralarında səni gizlətmirəm artıq.Ümumiyyətlə mən səni heç birşeydə axtarmıram əzizim.Bilirsən mən səni unutmuşam.Qəlbimi də atmışam bir küncə.Yəqin ki, biriləri alıb ordan səni.Nə bilim.Çox danışmaq da istəmirəm əslində.

-Sən də unutmamısan…

-Hardan çıxardın bunu?

-Saatlardır məndən danışırsan.Unutsaydın,sadəcə sevmirəm deyərdin.Amma sırf o sözü deməmək üçün söhbəti uzadırsan.

-Bəs sən?

-Nə mən?

-Sən də eyni şeyi edirsən, can.

-Bilirsən, mən əslində səni unutmaq istəmədim.İnsan varlığını necə unuda bilərəm?Səni unudum deyəndə əslində içimə qazıdım adını.

-Qucaqla məni.Qoxumu xatırla əzizim.

-Səni sevirəm…


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+15=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0243 saniye