İnsan kamalının fövqündə duran,
Məzlumun, məsumun yanında olan,
Adil qanunlarla ədalət quran,
Möminlər əmiri, Əlidir, Əli !
Əzəldən Allahın qızıl aslanı,
Ləyaqət müəllimi, haqqdır divanı,
İsminə can fəda, Əlidir, Əli !
Hüsnü – camalına heyran olduğum,
Əqli - kamalına vurğun olduğum,
Sözü, söhbətinə qurban olduğum,
Ədalət aşiqi, sənə min əhsən,
Natiqi - ustadım Həsəndir, Həsən !
Haqq üçün canını fəda eyləyən,
Üzünə Rəbbimin əlidir dəyən.
Sadiq Allah qulu, məzlum sirdaşı,
Ey haqqın qardaşı, haqqın yoldaşı.
Yenilməz rəhbərim, sonsuz sevdiyim,
Namus təcəssümü, İmam Hüseynim!
Zamanın önündə gedən qəhraman,
Ey abid, ey zahid, ey kamil insan.
Yolunuz haqq yolu, nicat yoludur,
Nura qərq olunan, nurla doludur.
Ağıl və idrakın bizlərə örnək,
Ləyaqət, hər kəsə gərəkdir, gərək.
Aydın sabahların işıqlı gözü,
Başımız üstədir, Yaradan – özü!
Dərin bir ümmandır, Əhli – beyt sözü…
İslamın yolunda sən də, can verdin,
Nur üzlü mövlamız, sən, Zeynalabdin!
Məsumun həyanı, arxa, dayağı,
Əlindən heç enməz, İslam bayrağı.
Hikmət bağçasının - bağbanısan, sən,
Ədalət carçısı, şəfa dərmanı.
Müdriklik, Allahdan - sənə bir ənam,
Mərhəmətli ağam, əyilməz insan.
Əllər göyə qalxıb, eşq olsun! - deyir,
Dəyanətli düha, Məhəmməd Baqir!
Cəhalətə xilaf, zalıma qənim,
Ədaləti sevən, ey, aqil müəllim.
Fikirləri nurlu, adam zövq alır,
Əqli - kamalına insan mat qalır.
Rəbbinə sığınan, Ondan güc alan,
Susqun könülləri sözlə oxşayan.
Ağıllı öyrətmən, kamil bir ustad,
Dərdli könülləri sözlə edər şad.
İrfan müəllimidir, Rəbbinə sadiq,
Qürur yerimizdir, Cəfəri Sadiq!
Məğrur bir sərkərdə, adil bir rəhbər,
Usanmaz, yorulmaz hey, cəfa çəkər.
Səxavətli öndər, qayğıkeş insan,
Adillik bəxş etmiş, ona - Yaradan.
Könül fətva verir, dil vəsf eyləyir,
Aşiqlər sizlərdən şəfa gözləyir.
Zülmət gecələrin ulduzu, ayı,
İlahi qoyma ki, yolumu azım,
Mürşidim, rəhbərim Museyi Kazım!
Qəriblik, Allahdan alın yazısı,
Ən böyük dərd imiş, qürbət acısı.
Rəbbinə sığınan, səbrli mövlam,
İztirabı yenən, cəfakeş ağam.
Bizlərə örnəkdir, sənin məktəbin,
Rəbbinə əyandır, o, sədaqətin.
Zəkana qələmim istər hey, yaza,
Ağamız, mövlamız ey, İmam Rza!
Tanrı elçiləri, Allah dostları,
Əhli – beyt açacaq bağlı yolları.
Qaranlıq yolların nurlu şəfəqi,
İnsanlıq ustadı, ağamız Təqi !
Nurdan yarananlar, nurla doludur,
Ədalət, həqiqət, bu, haqq yoludur.
Qəmli gecələrin nur lətafəti,
İstiqlal rəhbəri, mövlamız Nəqi!
Əhli – beyt yoludur, insanlıq yolu,
Sevgi, şərafətlə, zinətlə dolu.
Günəş şöləsini, ay öz nurunu,
Əksik eyləmədi üzərimizdən.
Ruha qida verən, zəka rəhbəri,
İftixar yerimiz, Həsən Əsgəri !
Sonumuz son deyil, bu başlanğıcdır,
Allahın hökmünə bir bağlanışdır.
Həqiqət də Onun, qüdrət də Onun,
İstiqbala gedən, uğurlu yolun...
Bəşər övladına müjdələr verən,
İlahi dedikcə, titrəyir bədən.
Əllər ətəyində, qullar əmrində,
La - məkan ürəklər, Sənin kölgəndə.
Zəfər də Sənindir, qüdrət də Sənin,
Allaha tapınmış, məzlum bədənim.
Mübarək qədəmin zülmü yenəcək,
Axır İmamımız MEHDİ - gələcək !
Nigaran qəlblərin gözü yoldadır,
Məsum məzlumların, yaman dardadır.
Ey, qeybdən gələcək könül sərvəri,
Haqqa qardaş olan, Allah əsgəri.
Dünyaya bu, sözlər məndən ərmağan,
İman rəhbərimiz Sahib - əl zaman!
04-07.12.2011.Ukrayna