Ehtiraslı diktatorun acı sonu
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 19:21 08 yanvar 2016 tarixində əlavə olunmuşdur

Benito Mussolini II Dünya Müharibəsi əsnasında İtalyanın baş naziri idi və Adolf Hitler ilə birlikdə faşizmin ən əhəmiyyətli tətbiqedicilərindən idi. İtalyan diktatoru Benito Mussolininin həyatında çoxlu sayda qadınlar olub. Bəziləri onu sevirdi, bəziləri nifrət edirdi.

Onu daha çox sevən iri gözlü, gur saçlı italyan xanım Klara Petaççı idi. Klara ideal bədən quruluşuna malik, zərif və baxımlı xanım idi. O, ziyalı və varlı ailədə böyümüşdü. Mussolinini 24 aprel 1932-ci ildə görüb və gördüyü anda vurulub. Özündən 29 yaş böyük Benitoyla tanış olduğunda Klara hələ 20 yaşında idi və gənc təyyarəçi ilə evli idi. Evliliyi uğurlu alınmamışdı; həyat yoldaşı içirdi, qısqanırdı, hətta döyürdü.

 Benito Mussolini hələ uşaq vaxtından şöhrət və təhsil həvəskarı olub. Faensedə monastr məktəbini bitirdikdən sonra, bir müddət kənddə müəllim işləyir. 1902-ci ildə gənc əsgərlik etməmək üçün İsveçrəyə qaçır, 1907-ci ildə qayıdan Mussolini 10 il gəzetçilik edir. Bütün bu qaçışlara baxmayaraq, Birinci Dünya Müharibəsi dövründə Mussolinini orduya aparırlar və o, burada aktivliyi ilə seçilir. Savaşda yaralanan diktator Milana gedir, orada  “il popolo d`italia”  qəzetinin redaktoru olur. Gənc oratorluq qabiliyyəti ilə, güclü xasiyyəti ilə dövlət zirvəsinə qalxmağı bacarır. O, qadınlar arasında da sevgi zirvəsinə çatmışdı. Deyilənlərə görə, diktatorlara həyat yoldaşı gərək deyil, onlar dünənki sevgililərini belə sabah unudurlar. Mussolinin yeganə bağlılıq hiss etdiyi qadın Klaritta onu dahi hesab edirdi. Evli Klara Petaççı ilə sadəcə rəsmi dostluq edirdi. Çünki, o dövrlərdə İtaliyanın öndə gedən xanımlarından biri də məhz Petaççı idi. Nə vaxt ki, yoldaşı Yaponiyaya ezamiyyətə göndərilmişdi, Klara bir ay boyu bütün gününü Mussolinin yanında keçirirdi. Görüşdükləri yer: Palasso Venesiya, intim üçün ayrılmış xüsusi otaq. Uzun müddət görüşdükdən sonra Petaççı məktubunda hamilə olduğunu söyləyir. Bu hadisədən sonra, Petaççı peritonit (qarın pərdəsinin iltihabı)  xəstəliyinə tutulur. Həkimlərin məlumatına görə, onun bu xəstəlikdən xilas olması qeyri-mümkün idi. Amma bütün bu proqnozlara baxmayaraq, Klara Petaççi xəstəlikdən xilas olur və tam sağalır. Uşağın isə olub-olmaması haqda heç bir məlumat yoxdur. Adolf Hitlerin təsirində qalan Mussolini, 10 iyul 1940-cı ildə müttəfiqlərə döyüş elan edir. Hadisədən sonra Klara siyasətdən uzaqlaşır və Mussolinidən bir xahiş edir: Mussolini onun kasıb dostlarına, qohumlarına pul ödəməli idi. Mussolini istənilən məbləği onlara təqdim edir. Həqiqətən Klaranın kasıb insanları bu cür düşünməsi tərifə layiqdir. Xasiyyətcə çox sərt, soyuqqanlı insan olan Mussolini tam başqa insana çevrilir: başadüşən, səbrli.

 Musolininin nikahlı arvadı və 5 uşağının anası Raşel Mussolini ərinin yaşadığı gizli eşqi ancaq 11 il sonra öyrənə bilmişdi: "Məni Klara ilə aldatdığını məğlubiyyətindən dərhal sonra öyrəndim. Həyatımda heç bir şey üçün bu qədər ağladığımı xatırlamıram. Benito çox yaxşı və mehriban ata idi. Bir gecəni belə evindən uzaqda keçirməmişdi. Amma əvvəlki sevgilisi Klaritta ilə görüşmüşdüm, çox insanın onu öldürmək istədiyini söylədim (bu həqiqətən belə idi). O mənə cavab verəcəyi halda ağlayırdı”.

  28 aprel 1945-ci ildə Mussolini, Klara və yanlarında qalma riskini gözə alan bir neçə insan partizanlardan qaçmağa çalışarkən saxlandıqları yerdə tutularaq tək-tək gülləyə düzüləcəkdilər. Benito alman əsgəri forması  geyərək kamuflyaj  (binanı, təyyarəni, topu və sairəni maskalamaq üçün onları xüsusi rənglərlə boyanması)  etməyə çalışmış ancaq bahalı dəri ayaqqabıları onu ələ vermişdi. Partizanlar tutduqları qrupu bir boşluq yerə və ertəsi səhər Klara ilə Benitonu ətrafdakı bir villaya aparırlar. Ölümə ilk gedən Klara oldu. Güllələrin səsini eşitməsiylə ölməsi eyni anda reallaşdı. Partizanlar ardından  Benitonu vurdular. İki dəfə atəş etdikləri diktatorla Klaranın cəsədləri yaxınlıqdakı benzindoldurma məntəqəsinə aparıldıqdan sonra ayaqlarından asılır. Toplanan xalq kütləsini yatırmaq mümkün deyildi. Cəsədlərin üzərinə tüpürür, küfrlər edirdilər...

 Ancaq bütün bu həngamənin ortasında maraqlı bir detal gözdən qaçacaq kimi deyildi: Azens.az saytının məlumatına görə, başıaşağı asılan Klaranın üzərindəki ətək açılmasın deyə dizaltından bağlanmışdı... O, özündən 29 yaş böyük sevgilisinə 13 il boyunca sadiq bir sevgili oldu... İtalyan diktator əlaqələri boyunca Klaraya 600-dən çox məktub yazdı. Bu məktublar indiyədək İtaliya dövlət arxivlərində saxlanır.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0386 saniye