Əkiz Ulyanovlar
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 14:05 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

 Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov – Leninin Sergey adında doğma əkiz qardaşı olub.O zamanlar,bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də, bu məsələni gizli saxlayırdı.Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Sergey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Sergey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Sergeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin) fərqli olub. O, heyvanları çox sevərmiş, bu səbəbdən də vegetarian olub. Yəni – heç vaxt heyvan, quş və balıq əti yeməyib. Həddi – buluğa çatanda əkiz qardaşların xasiyyətlərindəki və dünyaya baxışlarındakı fərq və ailədəki inqilabçı əhval–ruhiyyə onu ailədən ayrı salıb. Sergey diplom aldıqdan sonra (16 yaşında) Ufa quberniyasına (Başqırdıstan) yollanır, orada yaşayır və Zöhrə adlı gözəl bir qızla evlənir. Valideynləri və əkiz qardaşı (Lenin) o zamanlar hər yana yayılmış yoluxucu xəstəlikləri bəhanə gətirərək toya gəlmirlər. Sergey 30 yaşında ikən mum alverindən böyük kapital əldə etmiş və 3 dəfə evlənmişdi. Ufa quberniyası isə onun doğma yerinə çevrilmişdi. 1905-ci il üsyanından sonra kommunist ideyalılar üçün həm maddi, həm də mənəvi cəhətdən çox çətin vaxtlar başlayır. 1906-cı ildə Vladimir İliç imkanlı qardaşı Seygeyə belə bir məktub yazır: “ Əgər maddi vəsait olmasa, inqilab məhv olar. Inqilabın yaşaması üçün maddi köməyini əsirgəmə...” Bu məktubdan sonra Sergey özünün mum ehtiyatının hamısını sataraq böyük miqdarda pul əldə edir və həmin pulları da götürüb  Petroqrada, qardaşı Vladimirin (Lenin) yanına yollanır. Sergey də inqilaba qoşulur. Həmin vaxtlar Vladımir qarşıda (1917-ci il) böyük inqilaba hazırlaşırdı. Böyük Oktyabr Sosialist İnqilabı zamanı Sergey və Vladimir qardaşları birlikdə çiyin-çiyinə idilər. Vladimir həmişə qardaşının məsləhətlərinə diqqətlə qulaq asar və həmişə də deyərdi: “ – Biz bir yerdə olanda – böyük bir gücük...” Bu haqda Nadejda Konstaninovna Krupskaya da öz xatirələrində dəfələrlə qeyd etmişdir.Əkiz qardaşlar – Sergey və Vladimirlə(Lenin) bağlı məzəli əhvalatlar da az olmayıb. Belə ki, bir dəfə Sergey Kremlə buraxılış vəsiqəsi düzəltdirərkən onun şəkilinə baxıb Lenin olduğunu zənn edərək, onun vəsiqəsinə səhvən “Lenin V.İ.” yazıblar. Həmin vəsiqə hal-hazırda “İnqilab Müzeyi”ndə saxlanılır. Oktyabr İnqilabının tam qələbəsindən və Sovet İttifaqı yaranandan sonra Sergey Ulyanov yenidən Ufa quberniyasına qayıdır və orada maarifçilik işləri ilə məşğul olur. Leninin vəfatından, Stalinin hakimiyyətə gəlməsindən sonra Lenin həmfikirlərinin “ov”una başlandı. Bu “ov”a ilk olaraq Sergey Ulyanov tuş gəlir. Sergey Stalinin bu planından duyuq düşür və repressiya qurbanı olmamaq üçün ölkəsini tərk etmək məcburiyyətində qalır. O, gizli olaraq vətəni tərk edir və Litvaya qaçır. Sonra Rumıniyaya, oradan da İsveçrəyə keçir. Sergey İliç Ulyanov Isveçrədə olarkən öz gündəliyində belə yazmışdır: “ Mən repressiyanın qurbanı olmamaq üçün ölkəmi tərk etmək məcburiyyətində qaldım. Ölkəmə lazımınca qulluq edə bilmədim və qardaşımın başladığı işləri davam etdirə bilmədim...” Sonralar bir çox ölkələrdə və bir neçə dildə Sergey İliç Ulyanovun gündəlik və xatirələri əsasında tərtib olunmuş kitablar çap edilərək oxucuların ixtiyarına verilmişdir. Vəziyyətdən məmnun qalmayan Sovetlər Birliyi,bu məlumatların yalan, şəkillərin isə düzəldilmə olduğunu qeyd edirdi.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0278 saniye