Əkrəm Əylisli və cavabsız suallar...
Fərid Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 23:54 12 fevral 2013 tarixində əlavə olunmuşdur

Bakı sakinlərinin İsmayıllıdakı hadisələrlə bağlı dəstək aksiyasından sonra ümümillikdə son zamanlarda baş verən hadisələrlə bağlı özlüyümdə düşünürdümki,Əkrəm Əylisli ilə bağlı olan hadisələrin baş verməsi bir çox insan kimi mənimdə diqqətimi cəlb etdi.Təəccübləndim... Bir müddət əvvəl insanlarımızın böyük hissəsinin tanımadığı və nə işlə məşğul olduğunu bilmədiyi halda necə oldu ki, bu insan Azərbaycanda hər kəsin tanıdığı insana çevrildi.Mən Əkrəm Əylislinin indiyə kimi yazdığı kitabları oxumamışam nə əvvəl nə bundan sonrada maraq dairəmdə olacağını düşünmürəm.Son kitabı ilə bağlı isə fikir bildirəcək qədər kitabın adı xaricində kitabda yazılanları oxumamışam.Hər halda bir çox hadisədə səsini çıxarmayan lakin bu məsələ ilə gecə-gündüz səs-küy salan televizor verlişlərinə,yayımlanan xəbərlərə və sosial şəbəkələrdə yazılıb pozulanlara nəzər yetirə bilirəm.Eşitdiklərim heç də Əkrəm Əylisli ilə bağlı yaxşı sözlər deyil.Erməni olduğunu söyləyib düşmən kimi təqdim olunsada mən onun yazdıqları haqqında bir söz deyə bilmərəm.Çünki nə yazdığı bilmirəm.Və bilmədən fikir bildirmək isə məncə düzgün olmaz həm də ədalətli.Görəsən etiraz aksiyası edən insanlar mübahisəli kitabı tam olaraq oxuyublar.Xeyr...oxuyan olsa belə etiraz edən hər kəsin oxuduğuna inanmıram.Ancaq yenə də insanlarımızın düşmənə nifrəti,düşmənin etdiklərini unutmaması məni çox sevindirdi.Millətin bu qədər etiraz etməsi öz fikrini bildirməsi məndə cavabsız sualların olmasına səbəb oldu.Mənim məsələm Əkrəm Əylisli düşməndir və ya düşmən deyil məsələsi deyil,özünü tanımıram,kitabları haqqında isə heç bir məlumatım yoxdur.Əsas məsələ insanların hansı ruha sahib olmasıdır.Qəribə ruha sahib insanlar olaraq mənə bu zamanlar çox özdə çox marağlıdır.Marağlıdır...Dövlət idarəsində arayış istəyirsən rüşvət tələb edən məmurlar,xəstələnib dövlət xəstəxanasına mayinəyə gedirsən rüşvət tələb edən həkimlər,iynə vurduğu üçün tibbacıları,xəstəxanada olmalı halda sənə xəstəxana aptekindən həmən dərmanları pulla satan səhiyyə işçiləri,tədris ocaqlarında şagird və tələbə qiymətləndirərkən sıradan alverçiyə bənzəyən bəzi müəllimlər,yaxının öldüyündə dəfn üçün qəbirsanlığda yer pulu istəyən sahibkarlar,əsgərlikdə öldürülən insanlar,əsgər ölümlərinə biganə yanaşan mətbuat,Milli qəhrəmanın tv kanalı kimi görünən tv kanalın müxbirləri rüşvət alan insanın tərəfini saxladığı zaman,yüksək vəzifəli məmurların övladları və qohumları milləti təhqir etdiyi zaman,demokratiya sözünə arxalanıb monarxiya yaradanlar,açılmamış cinayətlər olaraq qalmaqda davam edən bir çox cinayətlər,teror hadisəsində öldürülən insanların ölümündən qırx gün belə keçmədən bayram qeyd edənlər,iyirmi ildən çoxdur düşmən tapdağı altında olan torpağlarımız üçün iyirmi ildir -lazım gəlsə Qarabağı alarıq...-(deməli iyirmi ildir lazım deyil)deyən şəxslər olduğu halda Əkrəm Əylislinin erməni tərəfdarı olması niyə xətrimizə dəydi.İçimizdə bu qədər düşmən varkən ermənin etdiyi pislikləri belə geridə qoyanlar varkən yalnız Əkrəm Əylislinin radara düşməsi məncə haqsızlıqdır.Çünki ən azından Əkrəm Əylisli erməni tərəfdarı olduğunu açıq şəkildə bildirsədə,bildirmədən ermənidən çox millətə zərər verənlər nə olacaq?Bilirəmki,bu kitaba görə göstərdiyimiz etirazları millət olaraq xarici düşmənlərimiz hələ bir kənara daxili düşmənlərimizə göstərsəydik bəlkə bu gün hər şey başqa cürə olardı.Amma çox bilmək istərdim ki,millət olaraq niyə millət vəkilinin rüşvət istəməsinə bu dərəcə də etiraz etmədik.Rüşvət almaq təsdiqləndiyi halda belə niyə millətimizə təhqir kimi görünmür?Əkrəm Əylisli xəyanət edir,lakin rüşvət alanlar xəyanət etmiş olmurmu millətə.Vətən xaini olmaq üçün gərək erməni tərəfdarı olmaqmı lazımdır?Millət olaraq diqqət etməliyik çünki ermənidən də çox millətə hər baxımdan zərər vuran erməni olmayan insanlarımız var.Düşmənlərimiz arasında belə ayrı seçkilik edirik.Axı...niyə?


... dəfə oxunub
Qiymət: 9/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0341 saniye