-Salam,mən elana görə gəlmişəm.Siz ürəyinizi etibarlı əllərə təslim edirsiniz?
-Bəli.
-İstifadədə olmuşdur?
-Bəli , 5 il bir adamı sevmişdi.
-M-mm ,5 il istifadədə olmuşdur,bu çox böyük müddətdir.Bəs nə baş verdi ki, bu qərara gəldiniz?
-Onun keçmiş sahibi ürəyimlə məqsədə uyğun şəkildə davranmırdı.O,ürəyimi sındırır ,doğrayır,onunla oynayır,onu kəsici şeylerlə dəlik deşik edirdi.Ürəyim ağridan qovrulurdu,qanayırdi,ancaq öz vəzifəsini layiqincə yerinə yetirirdi,sevirdim onu…Sonunda bu ürəyin sahibi onu birdəfəlik sındırdı…
-Necə? Sındırdı? Bəs siz onu təmir etdirmədiniz?Bu barədə həkimlər ne dedilər?
-Dedilər ki,bərpası mümkün deyil...
-Bəs onda bu elanı niyə verirdiniz? Siz doğurdanda fikirləşirsiniz ki, sizin bu qırıq ürəyinizə kimsə sahib çıxacaq?
-Mən həyatda doğurdan da birinin mənim ürəyimin çilik çilik olmuş parçalarını toplayaraq yapışdıracağına inanıram.İnanıram ki,o bu işə ürəkdən sevərək başlayacaqdır...Əminəm ki o,mənim ürəyimə ikinci bir həyat verəcəkdir...
-Onda mən bu sınaqdan çıxmağa hazıram,əlbəttdə bu çox çətin işdir , amma inanıram ki,sonu maraqlı olacaq.Siz isə mənə zəmanət verməlisiniz ki,əgər mən onu təmir etməyi bacarsam,sizin ürəyinizi çalışdira bilsəm , o yenidən sevməyi bacararmı? Nə qədər sevə bilər?
-Nə qədər döyünəcəksə...
-Elanda əlavə olaraq yazmişdınız ki,ürəyinizi ancaq bir şərtlə kiməsə etibar edərdiniz...
-Hə.Mən tam əmin olmalıyam ki,siz mənim ürəyimi sındırmayacaqsınız və siz barədə söz verməlisiniz...
-Təəssüflər olun ki mənim gələcəyi görmə qabiliyyətim yoxdur.Ona görə də gələcəkdə ürəyinizin bir daha incidilməyəcəyinə zəmanət verə bilmərəm ...Amma bu günə sizə ürəyinizin əvəzinə öz ürəyimi verə bilərəm ...
-Mən razıyam!!!
-Bu məni də qane edir..
-Onda sabah ürəklərimizi dəyişmək üçün görüşürük?!
-Bəli,məhəbbətim mənim!
-Sabaha qədər , sevgilim!