Elcernon üçün güllər
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:30 10 yanvar 2016 tarixində əlavə olunmuşdur

“Elcernon üçün güllər”-Amerikalı prozaik Daniel Kiz'in elmi-fantastik dramıdır. Bu hekayə zehni çatışmazlığı olan Çarli Qordon və onun dostu Elcernon haqqındadır. İnsan və heyvan intellektin süni artırılması üzrə təcrübə obyekti oldular. Bir möcüzə baş verdi: Bu yaxınlara qədər zehni çatışmazlığı olan Çarli ağıllı oldu. Hətta bu dünya üçün həddindən artıq ağıllı.

1959-cu ildə yazıçılığa başlayan Daniel Kiz'in Amerikanın kult jurnalı “F & SF” səhifələrində fantastik hekayəsi “Elcernon üçün güllər” dərc edildi. Burada hər şey əks olunurdu: alışılmayan süjet, qeyri-adi leksika, parlaq personajlar, dərin psixologiya. Bir ildən sonra müəllif ingilis dilində yazılan ən yaxşı elmi-fantastik əsərlərə hər il təltif edilən “Hüqo” nüfuzlu mükafata layiq görüldü.

Çarli Qordon'un hekayəsi Kiz'ə böyük janr bəxş etdi. O, qəhrəmanın psixologiyasının dərinliklərinə endi, sevgi xəttini əlavə etdi, Çarlinin keçmişinə istinadən süjeti doldurdu və 1966-cı ildə eyni adlı roman çap olundu. Bu, tənqidçiləri və oxucuları məyus etmədi. Kiz yenidən mükafatlandırıldı. Bu dəfə “Nebula”-elmi-fantastik yazarlar assosiasiyası tərəfindən nüfuzlu mükafatı aldı. Qeyd edilməlidir ki, Daniel Kiz yeganə müəllifdir ki, qəhrəman və fabula ilə eyni ədəbi əsər üzrə 2 fəxri mükafat layiq görülmüşdür.

Öz yaradıcı ideyası 10 il ərzində formalaşmışdı. Kiz'i hər zaman insan üçün ən vacib orqanlardan sayılan beynin qaranlıq tərəflərinin elmi açıqlaması maraqlandırmışdı. Bir müddət Kiz əqli geriliyi olanlar üçün məktəbdə uşaqlara ingilis dili dərsi keçmişdi. Çarli Qordon-ümumiləşdirilmiş obrazdır. Hnası ki, Daniel Kiz'in şagirdlərindən bir parça var.

Amerikalı fantast yaxın keçmişdə 2014-cu ilin iyununda dünyasını dəyişdi. Onun debüt romanı və eyni adlı hekayəsi inanılmaz populyarlıq qazanaraq indiyə qədər nəşr edilməkdədir.

1968-cı ildə ilk ekranizasiya “Çarli” adı altında “Güllər” böyük ekranlara çıxdı.(Rejissor Ralf Nelson) Film Berlinale'də nümayiş olundu, “Qızıl qlobus” və “Oskar” qazandı. 2000-ci illərdə Çarli Qordon'un hekayəsini Ceff Bleker şərh etdi, 2006-cı ildə isə fransız Devid Delrie. Bundan əlavə “Elcernon üçün güllər” dəfələrlə teatr səhnəsində nümayiş etdirilib.

MƏNİM ADIM ÇARLİ QORDON'DUR

Çarli Qordon sinfin ən çalışqan şagirdlərindən biridir. Onun ən böyük arzusu-ağıllı olmaqdır. Həmin gün ona əlçatmaz görünməkdədir. Çarli güc-bəla ilə yazır, səhv edir.

Çarlinin səmimi arzusu əqli qabiliyyətlərin təkmilləşdirilməsi üzrə işləyən iki alimin-Ştraus və Nemur'un diqqətini çəkir. Onlar bu yaxınlarda İQ-nün süni artımı üsulunu tapmışdılar. Heyvanlar üzərində eksperimentlərdən yalnız Elcernon adlı laboratoriya siçanı uğurlu çıxmışdı. İndi isə insanın vaxtıdır. Çarli Qordon-əla namizəddir.

GÜNDƏLİK HESABAT

Əməliyyatdan oyanan Çarli dərhal özünü ağıllı hiss etmədi. Həkimlər əmin etdilər ki, bu dəyişiklik tədricən baş verəcək. Eksperimental intellektual bacarıqların dinamikasını izləmək üçün ona hesabat-gündəlik tutmaq “əmr edildi.”

Çarli uşaq sadəlövhlüyü ilə günlərini qeyd edir. Onun əqli gerilliyinə gülən “dostlar”ından bəhs edir. Amma Çarli bunu anlamır, əksinə onlara sevinc gətirə bildiyi üçün həddindən artıq xoşbəxtdir.

Hesabatlarında miss Kinnian ilə bağlı açıqlamaları xüsusi yer tutur. Çarli üçün o-əlçatmaz idealdır. Alisa Kinnian əslində Çarli'yə özəl simpatiya bəsləyənlərdən biridir. O, digərlərinin görmədiyini görür-xeyirxahlıq, insanlıq, səmimilik.

Çarli analoqsuz beyin əməliyyatı keçirən Elcernon'la tanış olur. Heyvan labirinti asanlıqla çözür. Çarli'nin tapşırığı rəqibinə qalib gəlməkdən ibarətdir. Amma labirint Çarli'yə mürəkkəb və çətin görünməkdədir, Elcernon isə davamlı olaraq insana qalib gəlir. Çarli labirintə və özünə əsəbiləşsə də, siçanı günahlandırmır, əskinə ona rəğbət bəsləyir.

ƏQLİ GERİLİYİ OLAN ÇARLİ DAHİYƏ ÇEVRİLDİ.

Eksperiment müsbət nəticə verməyə başlayır. Hər şey Çarli'nin Elcernon'a qalib gəlməsi ilə başlayır. Tədricən yazısında durğu işarələrini düzəldir, yaxın zamanlara qədər ona sirr olan kitabların mənasını anlamağa başlayır. Bir gün qorxunc gerçəyi anlayır: Dost bildikləri onu lağa qoyub gülürdülər.

Bundan əlavə, o, miss Kinnien'in necə gözəl olduğunu kəşf etdi. İndi Qordonun ona qarşı hiss etdiyi-kişinin qadına hiss etdiyidir. Alisa isə Çarlinin sürətli inkişafı qarşısında aciz qalır.

Çarli Ştraus və Nemur'un dil sahəsində özü qədər dahi olmadıqlarını öyrənir. Gün keçdikcə dünyadan qoparaq uzaqlaşır. İstər “səfeh”, istər də “dahi” olarkən onu heç vaxt şəxsiyyət kimi görmədilər. Sadəcə cəmiyyət üçün istinadır. Bir zamanlar onun ”şirin cəhalət” aləmində yaşamaq kimi özəlliyi vardı, amma artıq hər şeyin fərqindədir.

Qordon kirayə ev tutur və elmlə məşğul olmağa qərar verir. Özünü beyin funksiyalarının inkişafına həsr edərək Ştraus və Nemur'un təcrübələrini artırmaq fikrindədir. Məhz Çarli Qordon'un-yaxın keçmişində əqli geriliyi olan və hal-hazırda dahi birinin bunu etməyə tam ixtiyarı var.

ELCERNON-QORDON EFFEKTİ

Anidən siçan Elcernon'un davranışında dəyişiklik müşahidə olunur. Çarli onu müşahidə edərək dəhşətə gəlir: Elcernon deqredasiyaya uğrayır. Siçan dünyasını dəyişərkən Qordon ən böyük qorxusu öz təsdiqini tapır. Süni intellekti azalması ilə keçmiş inkişaf düz mütənasibdir. Ştraus və Nemur məğlubiyyətə məhkumdurlar. Prosesi saxlamaq mümkün deyil. Tezliklə Çarli Qordon əvvəlki kimi olacaq.

Gecə boyunca elmi iş yazır. Vaxt azalır. Deqredasiyanın ilkin əlamətləri özünü göstərir. Hesabat hazırdır.

Gündəliyin son səhifələri ilk səhifələri ilə eynidir.

 

“Yüksək İQ həyatda ən vacib şey deyil”


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0251 saniye