ELDƏ DAR AĞACINDAN ASILMALIYAM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:04 07 noyabr 2016 tarixində əlavə olunmuşdur

Dilənçi deyiləm amma qapına
Gəlmişəm eşqinin yolçusu kimi.
Vuruldum səndəki gözə,qaşına,
Bir ahu ceyranın ovçusu kimi.

Sevmək günah deyil,batıb günaha
Tökəm qüsulumu alam dəstamaz.
Çox açı çəkənlər inan Allaha
Görmüşəm eşqidə olub əlçatmaz.

O,Günəş qızıdı,mənsə Ay oğlu,
Gecələr günəşim,gündüz ayıyam.
Əgər günahdırsa sevmək el oğlu,
Eldə dar ağacından asılmalıyam.

06.11.2016

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0368 saniye