ELƏ GETDİN Kİ
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 00:58 27 iyun 2014 tarixində əlavə olunmuşdur

Sən elə ayrılıb,elə getdin ki.

Arxanda eşqinin gözü qalmışdı.

Sən elə ayrılıb,elə getdin ki.

Otada eşqimin sözü qalmışdı.

 

Sən elə ayrılıb,elə getdin ki.

Küsdü yağış bizdən,küsdü çiçəklər,

Küsdü dəniz bizdən,küsdü ləpələr,

Küsdü həyat bizdən,bütün sevgilər.

 

Sən elə ayrılıb,elə getdin ki.

Ayrıldın ayrıldı baxışlarımız,

Ayrıldın ayrıldı könüllərimiz,

Amma ayrılmadı bizim sevdamız.

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0232 saniye