ELƏ MƏQAM OLAR Kİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:57 16 iyun 2017 tarixində əlavə olunmuşdur

ELƏ MƏQAM OLAR Kİ

Diqqət eylə, həyatın əvvəli var ,sonu var, 
Çalış elə yaşa ki,aləmin olmasın dar, 
Hər ötən baxa bilər,baxmağında yönü var, 
Elə məqam olar ki, gözünü itirərsən. 

Ağbircəklər yanında sərhəddini aşma sən ,
Üzünə gülər olsa yerini bil, çaşma sən, 
Otur deyən olmasa,oturma sən, durma sən, 
Elə məqam olar ki,sözünü itirərsən. 

Mənəm- mənəm demə ki,mənliyin yerə düşər, 
Həyat elə qurulub,gün keçdikçə ötüşər, 
Ürək vurar,vurduqca yaş üstünə iz düşər,
Elə məqam olar ki ,özünü itirərsən. 

Bizim ücün xəlq edib bəşəri gözəl Allah,
Oxuyub birgə deyək" LA İLAHƏ İLLƏLLAH" 
Gözəlliyə güvənmə ,gəldi gedərdi Vallah, 
Elə məqam olar ki, üzünü itirərsən.

Gözün doymazmı sənin, halal -haram yeməkdən?
Qəlb təmiz olmur axı özün təmiz deməklə,
Seymur hörmət qazanar öz yerini bilməklə,
Gözün çoxda olarsa, azını itirərsən.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
16.06.2017 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye