Əli və Nino
Hüseyn Məmmədov tərəfindən "Esse" bolməsinə 21:40 23 yanvar 2018 tarixində əlavə olunmuşdur

    Bəzən mənə elə gəlir ki, Qurban Səid yazdığı əsərin adını qoyanda bir xeyli düşünüb və sonda qərara alıb ki, roman məhs "Əli və Nino" adlandırılsın. Bu ad belə əsərin xülasəsinin nədən bəhs etdiyini bizə hələ kitab üz qabığına toxunmazdan əvvəl xəbər verdiyini anlamaq təbii ki, çətin məsələdi. "Əli və Nino" dedikdə belə adamın burnuna top- tüfəngdən açılan atəşin qara tüstüsünün qoxusu ilə bərabər, Qarabağın İsa bulağından axan suyun şırıltısı qulağıma gəldiyi qədər, bir anlıq Kaxetiyada hazırlanan ərabın tamı damağıma "hopur".

    Fikrimcə yazıçı əsərdə oxucusuna qərblilərin şərq, şərqlilərin isə qərblilər barəsində nə düşündüyünü və ortada olan saysız- hesabsız fərqli cəhətlərə baxmayaraq insanların bir- biri ilə sülh içində yaşamağın mümkünlüyünü izah etməyə çalışıb. Əsərdə Nino Kipianinin müsəlmanları "varvar" adlandırması, Cənubi Qafqazın xristian əhalisnin azərbaycanlılara "yuxarıdan aşağı" baxma hissəsi Səidin öz millətini əvvəlcədən "- Özünüzdən qeyrisinə güvənməyin" demək istədiyini düşünürəm.

    Erməni dostunun Əli xan Şirvanşirə "arxadan zərbə" endirməsi yazarın erməni- müsəlman davasına nişan etməsini düşünürəm. Burda Əli müsəlmanları, erməni dostunun isə ümumi erməni xalqının xüsusiyyətini özündə cəmləyib. Belə nəticəyə varmaq olar ki, əsərdə Əli obrazı müsəlmanların ümumiləşdirilmiş obrazıdı.


    Əsərin yekun hissəsi oxucuda tamam başqa təsurat yaradır. Əsərin sonu ya başqa yazar tərəfindən yazılıb, ya da Qurban Səid romanın sonunda tələskənliyə yol verib, hət halda bu mənim subyektiv fikirimdi

Müəllif: Hüseyn Məmmədov (Nasir)

Bitirmə tarixi: 20/01/2018 22:36


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+16=
Hesaba giriş
Müəllif

Hüseyn Məmmədov
Haqqında
Abituriyent, həvəskar məqaləçi və yazıçı.
Əlaqə
E-mail:
husseinwriter@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0237 saniye